vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
10:04 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kim dəvət etsə, gedərik»

Ağrı Qaradağlı: «Hazırda GAMOH-un ən çox fəal olduğu ölkə Türkiyədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının üzvü Ağrı Qaradağlı Amerikanın Səsinə müsahibədə mənsub olduğu təşkilatın Türkiyədə göstərdiyi fəaliyyətləri haqqında danışıb. İstanbulda mühacirətdə yaşayan milli fəalın dediklərinə görə, GAMOH-un Türkiyədəki fəaliyyətləri ümumiyyətlə piketlər təşkil etmək, konfranslar keçirmək, eləcə də ölkənin media qurumları və siyasi-ictimai qrupları ilə əlaqə yaradaraq Güney Azərbaycan məsələsini onlara anlatmaq şəklindədir.

O deyir ki, «GAMOH müxtəlif ölkələr, o cümlədən Avropa, Türkiyə və Azərbaycanda fəaliyyət göstərir. Ancaq, son dönəmlərdə idarə heyəti üzvlərinin çoxunun Türkiyəyə toplandığı üçün Türkiyə daxilində fəaliyyətlərimiz daha çox olmuşdur».

Ağrı Qaradağlı Türkiyənin millətçi qrupları ilə birgə təşkil etdikləri «Türk Dünyasının Altın Körpüsü Güney Azərbaycan» adlı konfransa diqqət çəkərək GAMOH-un İran Azərbaycanının türk dünyasındakı mövqeyi və önəmini anlatmaq istiqamətində fəaliyyət göstərdiyini vurğulayır.

«Məqsədimiz Güney Azərbaycanda yaşanan sıxıntılar və türk fəallara qarşı tətbiq edilən basqıları buradakı media və dərnəklərə çatdırmaqdır. Fəaliyyətlərimizin çoxu konfrans şəklində olur. Media səviyyəsində də fəaliyyətimiz var. Həmçinin İran konsulluğu qarşısında piketlər keçiririk...» deyə milli fəal söyləyir.

GAMOH-un «Milliyyətçi Hərəkət Partiyası», «Ülkü Ocaqları» və «Türk Ocaqları» kimi millətçi qruplarla əlaqəsini açıqlayan Qaradağlı birgə fəaliyyətlərinin əksərən millətçi qruplar ilə həyata keçirildiyini, amma digər qruplara yaxınlaşmaq istiqamətində də cəhdlərinin olduğunu bildirir.

«Kim dəvət etsə, biz gedərik. İndilik MHP və millətçi qruplar bu məsələyə önəm verir və bizim də borcumuz çağırıldığımız hər yerə gedib və Güney Azərbaycan məsələsini anlatmaqdır... Amma sadəcə dəvət edənlər deyil, başqa qruplarla da əlaqə və yaxınlıq qurmağa çalışırıq,» deyə Ağrı Qaradağlı əlavə edir.