vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
10:03 | 9 iyun 2012 | Şənbə Məqaləyə 3337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əfşar Süleymani baş ideoloq olsun»

Ceyhun MUSAOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Biri var - deyəsən İranın Azərbaycanda səfiri işləyib. Ona “olub” demək günahdı, ən yaxşı halda işləyə bilər. Qoy adını, soyadını yazım, xalq onı tanısın. Bax e... heç imkan vermədilər ki... hamı bir ağızdan qışqırdı: “Əfşar”, “Əfşar”... “Süleymani”, “Süleymani”...

Kişini tanıyırlar da. Ad çıxarıb. Qəhrəmanımız sevgi dastanından tutmuş, siyasət bostanına qədər hər yerdə ad qoyub. Hələ sağlığında tarixi şəxsiyyətə çevrilməyi bacaran Əfşar qağa saytların zümrüd qaşına dönüb. Pənah Hüseynlə qovğadan sonra isə hərdən onu brilyant bilənlər də var.
Soruşan yoxdu ki, bu zümrüd kimindi, hansı ayətullahın itirdiyi brilyantdı? 
Sonuncu müsahibəsində Əfşar Süleymani adlı daş-qaşın parıltısı “Qafqazinfo”nun ekranından gözümüzü deşir. Yolumuza işıq salır. 
Müsahibənin başlığını oxuyuruq: “Niyə gedib Fransa səfirliyinin qabağında yatmırsız?”. AAAA, bu adam doğrudan da qaşsız daş təfəkkürünə malikmiş ki. Xətrinə dəydimsə, düzəliş də edə bilərəm. Yazaram ki, qaşlı daş təfəkkürünə malikmiş. Yəni başı bərk adamdı.
Yeri gəlmişkən, başlığı müsahibənin içərisində görmədim. Bəlkə də var idi, sevgi dastanından tutmuş, siyasət bostanına qədər hər yerdə ad qoyan qəhrəmanın Tolstoydan müdrik, Oruelldən məntiqli, Pelevindən cəsarətli fikirləri gözlərimi qamaşdırdı, görmədim. Ağsaqqallılığın saqqalsızlıq dərəcəsinə qədər yüksələn Əfşar qağanın fikirlərini orta məktəb dərsliklərinə dürtüşdürmək lazımdı. 
“İncə-incə səninləyəm” silsiləsindən oxuyuruq: “İstəyirəm Azərbaycan regionun Dubayı olsun. Azərbaycanda partiyalar, tələbələr, QHT-lər niyə torpaqlarına görə etiraz etmirlər. Türkiyənin Ermənistanla 300 milyon dollarlıq ticarət əlaqələri var. Kanallar bir dəfə Gürcüstan-Türkiyə sərhədində çəkiliş aparıblar ki, erməni yazısı əks olunan maşınlar Türkiyəyə necə gəlir?”
Halal olsun sənə. Səni bizim ölkənin baş ideoloqu etmək lazımdı. Yoxsa artıq seçiblər? Sən kimi çox istəyirsən, boynuna al, işin yüngül olsun. Hə, hə, seçiblər. Yoxsa nə cəsarətlə belə deyə bilərdin: “Evrovisinon”la bağlı iki ölkə arasında yaşanan gərginliyə İranda Əli Həsənov, Novruz Məmmədov səviyyəsində bir dövlət adamı reaksiya vermədi. Diplomatik əlaqələrdə partiyalar, QHT-lər, mətbuat nələrsə danışa bilər. Mən düzü təəccüb etdim. Demirəm iki tərəfin bir-birinə münasibətində hər şey qaydasındadır. Hər halda hər iki tərəfi tənqid etmək olar. “Evrovision”la bağlı Xarici İşlər Nazirliyi səviyyəsində heç bir şey deyilmədi İranda”. 
Əli Həsənov və Novruz Məmmədova subardinasiya qaydalarına görə, onlardan daha yüksək dövləti vəzifə daşıyanlar irad tuta bilər ki, onlarsın sayı çox azdı. Sadalasaq belə alınar: ölkənin birinci şəxsi, baş nazir və Prezident Admnstrasiyasının rəhbəri. Mətbuatın tənqidləri isə bu məsələdə istisnadı. Mətbuat müstəsna səlahiyyətə malikdir. OOOO, unutmuşdum, bir də sən müstəsna səlahiyyətə maliksən Əfşar qağa-mənim ideoloqum, vətənimin fəxri, küçələrimin daşı... 
Sonuncu epitetdə “küçələrim” sözünü əvəz etməyi sənin ixtiyarına buraxıram, dəyərli oxucu. İstəyirsən “qaş” yaz, istəyirsən, “baş” yaz... Təkcə Vətən yazma. Dostlar, Vətən meşə deyil, imkan verməyək burda kimisə azdırsınlar.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)