vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
08:56 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3762 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hadı Rəcəbli sözü

Deputatın dedikləri heç vaxt boğazdan keçməyib

Afət TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hadı müəllim hər zaman medianin gündəmində olan deputat olub. Açıqladığı fikirlər hər zaman onu diqqət mərkəzində saxlayıb. Amma əfsuslar ki, Hadı müəllimin dediyi söz elə söz olub ki, heç vaxt boğazdan keçməyib. Çünki çox zaman söz xatirinə danışmaq da xoş nəticə vermir. Bu deputat hələ bir müddət müəllimlər maaşla dolana bilmirlərsə, gedib daş hörüb fəhləlik etsinlər deməklə hər kəsin qınağına tuş gəlmişdi. Ara təzəcə sakitləşmək istəyirdi ki, indi də Qarabağ əlillərinin, o cümlədən hər kəsin qınağına tuş oldu. Hadı müəllimin dediyi, Niyə Qarabağ əlillərinə dərman, nəqliyyat pulsuz olmalıdır kəlməsi hamını özündən çıxardı. Sağlamlığını sizin, bizim yolumuzda Qurban vermiş minlərlə Qarabağ əlilinin, onların yaxınlarının hissiyyatı ilə oynamaq nədir? Məgər Hadı müəllimin dünyanın hər yerində müharibə əlilinə qoyulan hörmətdən xəbəri yoxdurmu? Yoxdursa, bu da bir minusdur.

Uzağa getməyəcəm. Qonşu Türkiyədə millətin vəkili adlandırılan şəxs Hadı müəllim kimi niyə kimsəni özündən çıxarmır. Türkiyədə savaş əlilləri, onların ailələri ölkədaxili bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Xəstəxanalarda həm özləri, həm də ailə üzvləri pulsuz müalicə alır, pulsuz dərmanlarla təmin olunurlar. Onların təhsil, kredit güzəştlərini demirəm hələ. Yenə də fikirləşirəm ki, bəlkə Hadi müəllimin fikirləri kontekstdən çıxarılıb ya düzgün anlaşılmayıb. Məncə Hadı müəllim demək istəyib ki, nəqliyyat, aptek özəl olduğundan Qarabağ əlilinin müavinəti artırılsa daha məqsədəuyğun olar.

Məsələn, Bakı şəhərində yaşayan Qarabağ əlilinə nəqliyyatdan güzəşt şamil edilir tutaq ki, Gədəbəydə Qarabağ əlili nəqliyyatdan istifadə edə bilmir. Mən də o fikirlə razılaşardım ki, nəqliyyat və dərman güzəştinin əvəzinə onların müavinəti artırılsa daha ədalətli olardı. Hadı müəllim yəqin Qarabağ əlillərinə müavinətin artırılması yöndə düşünüb. Çünki Hadı adının mənası yardım edən deməkdir. Hadı müəllimin də adına uyğun fikirləşdiyinə inanmaq istəyirəm. Onun bu çağında dediyi sözə görə yüksək kürsülərdən danlanmasına inanmaq istəmirəm!

Bir də ki, müharibə vəziyyətində olan bir ölkənin qanunverici orqanının nümayəndəsinin indiki halda hər kəlməsinə fikir verib qıcıq yaratmaması gərəkdir. Axı haqlarında olmaz dediyi o insanlar Hadı Rəcəblinin, hamımızın bu günü üçün sağlamlığını itiriblər. Onlar torpaq uğrunda savaşa atılanda seçdikləri vəkillərinin onların vəkili olmayacağlarını ağıllarının ucundan belə keçirməyiblər. Düşmənin üzərinə haydı irəli deyib gedəndə Hadı müəllimin firavan ölkədə yaşamasını da düşünüblər. Onlar kişi kimi savaşıb Qarabağ əlili statusu qazanmayıblar ki, bu gün qulaqları ad və əməllərinə yaraşmayan söz eşitsin. Odur ki, Hadı müəllim söz deyəndə əsgər yarasını qoparan söz deməyin!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)