vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ANALİZ  
10:09 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Reallıq, yoxsa utopiya?

GUAM-ın separatizmə qarşı birgə mübarizəsi…

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Çexiya səfirliyi ilə «Atlas» Araşdırmalar Mərkəzinin noyabrın 7-də Bakıda «GUAM və Vışeqrad Qrupu: Regional əməkdaşlıq imkanları» mövzusunda birgə keçirdikləri dəyirmi masada əsas suallardan biri bə idi: GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) separatizmə qarşı birgə mübarizəsi mümkündürmü?

GUAM təsis olunanda üzv ölkələrin üçündə - Gürcüstanda, Azərbaycanda və Moldovada separatçı bölgələr və işğal fakt artıq mövcud idi. Ukraynada 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra bu ölkədə də separatizm baş qaldırdı. Krım işğal olundu, Donbass separatçılarn nəzarətinə keçdi.

2000-ci illərdən başlayaraq GUAM ölkələri separatizmə qatşı mübarizədə müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyətlərini koordinasiya edirlər. Bir neçə platforma göstərmək olar ki, orada GUAM ölkələri birgə əməkdaşlıq edirlər.

Birinci platforma Birləşmiş Millətlər Təşkilatıdır (BMT). GUAM ölkələrinin nümayəndələri BMT Baş Assambleyasının iclaslarında dondurulmuş münaqişələrlə bağlı sənədləri səsverməyə çıxarırlar. Baş Assambleyada həmin sənədlər səs çoxluğu ilə qəbul olunur.

İkinci platforma ATƏT-dir. Misal üçün GUAM ölkələri 2005-ci ildə ATƏT Nazirlər Şurasının Sloveniyada keçirilən iclasından separatizmlə mübarizə məsələsində eyni mövqedən çıxış etmişdilər.

Üçüncü platforma müxtəlif beynəlxalq konfranslardır. Bu konfranslarda GUAM ölkələri separatizmlə mübarizə məsələlərini qaldırır, o cümlədən diqqəti məcburi qaçqınların varlığına yönəldirlər.

Dördüncü platforma GUAM sammitləridir. Bu sammitlərdə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunur. Məsələn belə bir sammitlərdən biri 2007-c ildə Bakıda keçirilmişdi GUAM sammitinə nəinki üzv dövlətlərin prezidentləri, digər dövlətlərin – Litva, Polşa, Rumıniya, Bolqarıstan, Estoniya, Latviya, ABŞ və Yaponiyanın da rəsmilər qatılmışdılar. Bakı sammitində separatizmə qarşı mübarizə məsələləri müzakirə olundu.

Beləliklə, GUAM ölkələri ən azı dörd platforma çərçivəsində əməkdaşlıq imkanına malikdirlər. Ancaq GUAM-a qarşı anti-GUAM da var. GUAM ölkələrindəki separatçıların liderləri (Dnestr, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ) də tez-tez görüşür və fəaliyyətlərini koordinasiya edirlər.

Əlbəttə, GUAM ölkələri üçün beynəlxalq platformlarda əməkdaşlıq vacibdir. Ancaq GUAM ölkələri BMT və ATƏT kimi təşkilatları özlərinin qəbul etdikləri sənədləri icraya yönəltməyə məcbur edə bilməyiblər. GUAM-a üzv ölkələrin öz aralarında da fikir ayrılığı var. Halbuki, hər dörd ölkədə separatizm oxşardır, kənar qüvvələr işğalda iştirak ediblər. Kənar qüvvələr dedikdə iki dövlət nəzərdə tutulur – Rusiya və Ermənistan.

Krımı Rusiya işğal edib, Dnest, Abxaziya, Cənubi Osetiya və Donbass separatçılarına da Moskva dəstək verir. Dağlıq Qarabağ isə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Buna baxmayaraq, Ukrayna, Gürcüstan və Moldova Azərbaycana görə Ermənistanı işğalçı dövlət adlandırmırlar və bu ölkə ilə diplomatik əlaqələri kəsmirlər, necə ki, bu addımı Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı atıb. Eyni zamanda Azərbaycan da Gürcüstan və Ukrayna torpaqlarının işğalına görə Qərbin Rusiyaya qarşı elan etdiyi sanksiyalara qoşulmayıb. Vaxtilə məhz təhlükəsizlik məsələlərinə fərqi baxışlara görə Özbəkistan GUAM-ı tərk etdi.

Azərbaycanın siyasi elitası və cəmiyyəti anlayır ki, Rusiyanın Ermənistana siyasi və hərbi dəstəyi olmazsa Azərbaycan öz torpaqlarını qısa müddətdə azad edə bilər. Bu ilin aprel ayındakı döyüşlər göstərdi ki, Azərbaycan ordusunun problemin həll etmək üçün kifayət qədər potensialı var. Ancaq rəsmi Bakıya bu potensialdan istifadə etməyə imkan vermədilər. Döyüşlər cəmi 4 gün çəkdi. Telefon zəngləri və açıq təzyiq öz işini gördü.

Buna baxmayaraq, Azərbaycan Rusiya ilə tərəfdaşlığına davam edir. Azərbaycanın Rusiyadan aldığı silahların həcmi 5 milyard dolları keçib. Digər tərəfdən isə Rusiya Ermənistana da silah verir, bu ölkədə «İsgəndər» raketləri yerləşdirir. Bununla Moskva Bakıya izah edir ki, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin əleyhinədir. Ancaq işğalçı dövlət – Ermənistan da qorxu içindədir. Ermənistanın siyasi dairələrində və cəmiyyətində əsas müzakirə olunan sual budur: Rusiya Bakı, hətta Ankara ilə dostluq və sıx iqtisadi-ticari əməkdaşlığa görə Ermənistanın maraqlarını satmayacaq ki?

GUAM-ın daxili siyasi kontukturası da tez-tez dəyişir. Məsələn, Moldovada kommunist Vladimir Voronin prezident seçilən kimi dedi ki, GUAM regional təşkilat kimi həyat qabiliyyətli deyil və bu təşkilat çərçivəsində heç bir problemi həll etmək mümkün deyil. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də eyni fikirdə idi.

Hazırda Moldovada və Ukraynada fərqli prezidentlərdir. Ancaq mahiyyət dəyişməyib. Doğrudur, GUAM ölkələri separatizmə qarşı beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirlər, ancaq hər biri ayrılıqda özünün fərqli milli və təhlükəsizlik maraqlarından çıxış edir və bir sıra hallarda bu maraqlar kəsişir.

Eyni durum Polşa, Çexiya, Slovakiya və Macarıstanın üzv olduqları Vışeqrad Qrupunda da mövcuddur. Vışeqrad Qrupuna daxil olan ölkələr Avropa İttifaqının ölkələri olaraq Rusiyaya qarşı sanksiyalara qoşulublar. Ancaq Macarıstan və Çexiya bu sanksiyaların qısa müddətdə ortadan qaldırılmasını istəyirlər. Məsələn, Macarıstanın hazırki baş naziri Viktor Orban Krımın işğalına görə Rusiyanın milyardlarla dollar yatırımından məhrum olmaq istəmir. Rusiya Macarıstanın enerji sektoruna maraq göstərir. Rusiya prezident Vladimir Putin Viktor Orbana böyük investisiya pulları vəd edib. Avropa İttifaqının Rusiyaya qarşı elan etdiyi sanksiyalardan sonra Kreml sahibi Putin Avropa İttifaqına ölkələrindən yeganə olaraq Viktor Orbanın dəvəti ilə Macarıstana səfər edə bildi. Bu bir daha göstərir ki, əgər Vışeqrad Qrupunda, hətta Avropa İttifaqında vahid mövqd bildirməkdə problemlər varsa, onda GUAM-da da oxşar problemlərin olması qeyri-adi hal deyil. Yeri gələndə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistana sözdə strateji tərəfdaş sayılan Belarus və Qazaxıstan liderləri Azərbaycanın ərazi bütövlüyünə daha ciddi dəstək verirlər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)