vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
14:02 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Trampın tərəfdarları böyük irqi ədavətlə yaşayırlar»

«Bundan hansı nəticəni çıxartmaq olar?»

German Lopres (Vox, ABŞ, 10.11.2016)

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Amerika siyasətində yaşadıqlarımız normal deyil. Bu, vətəndaş hüquqları uğrunda hərəkat və Barak Obamanın prezident seçkilərindən sonra baş verməməliydi.

Donald Trampın seçki kampaniyası lap başlanğıcdan gizli irqçilik və dözümsüzlüklə doluydu. O, eskalatorla Tramp Qülləsinə çıxdıqdan və prezident seçkilərinə qatılmaq niyyətini elan etdikdən dərhal sonra öz kampaniyasının çoxsaylı təhqirli bəyanatlarından birini verdi və meksikalı mühacirləri ABŞ-a cinayətkarlıq və narkotik gətirən vəhşi adlandırdı. O, Meksika sərhədində divar ucaltmağa bununla bəraət qazandırdı.

Sonra daha pis oldu. O, müsəlmanların, bütöv bir dini qrupun ABŞ-a gəlişini yasaqlamağı təklif etdi. Dedi ki, Tramp Universitetinə qarşı iddiaya baxan federal hakim Meksika mənşəli olduğundan uzaqlaşdırılmalıdır. «Twitter»də ağ irqçilər və neonasistlərin bəyanatlarını tez-tez təkrar yayırdı. Sıx-sıx antisemit ritorikasına əl atırdı. Fəaliyyətdəki senator Elizabet Uorreni «Pokaxontas» adlandırdı. Bütün ölkə üzrə adamların küçədə dayandırılması və baxışdan keçirilməsi polis praktikasının tətbiqini təklif edib, çünki bu, əsasən, azlıqlara qarşı yönəlmişdi.

Trampın kampaniyası ağ irqçilərə xoş gəlirdi. İrqçilər qalib namizədin yanına axışır və deyirdilər ki, onun uğuru «milyonların bizim baxışlarımızı bölüşdüyünü göstərir».

«Sağ alternativ» irqçi hərəkat Trampın kampaniyasını dəstəkləyir, əlində qurbağa olan memlərin və gəncliyə ünvanlanmış müraciətlərin köməyi ilə irqçiliyi dəbə mindirməyə cəhd edirdi. Və sorğular göstərirdi ki, qalan bütün namizədlərin tərəfdarlarındansa Trampın tərəfdarları böyük irqi ədavətlə yaşayırlar.

Sonra Tramp qalib gəldi. Həm də qələbəni ağ koalisiyanın sayəsində qazandı – ekzit-polllara əsasən, ağdərili fəhlə sinfi ona o qədər səs verib ki, demokratlarn son illər ərzindəki demoqrafik uğurlarını geridə qoyub.

Bundan hansı nəticəni çıxartmaq olar? Latın Amerikasından olanlar, müsəlmanlar, asiyalılar və qaradərili amerikalılar bundan hansı qənaətə gəlməlidirlər?

Bu namizəd aşkar irqçi ismarıcla gəlir, adamları aşkar irqçi baxışları ilə cəzb edirdi. Və o, qələbə çaldı.

Nəticə mənim üçün tam aydındır. Mən Latın Amerikasındanam və hiss edirəm ki, bu gün Amerikada olduğuma şad deyillər. (strateq.az)