vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:33 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 2268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qafqazın ən elit ailəsi...»

Mixail Qutseriyev: «Bu gün o, dünya miqyaslı dövlət xadimi olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən prezident İlham Əliyevlə ilk dəfə hələ onun atası Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycana səfərlərimin birində tanış olmuşam. İlham Heydəroviç həmin vaxtlar SOCAR-ın vitse-prezidenti idi. Bu gün o, dünya miqyaslı dövlət xadimi olub».

Virtualaz.org xəbər verir ki, bu sözləri «Moskva-Baku» portalına müsahibəsində Azərbaycanda 16 quru neft yataqlarının sahibi olan inquş əsilli milyarder Mixail Qutseriyev deyib. Onun sözlərinə görə, İlham Əliyevin bir neçə dil bilməsi, ziyalılığı, diplomatik yumşaqlığı, islahatçı təfəkkürü onu başqalarından fərqləndirir. «Məhz bu keyfiyyətlər Azərbaycanda bizim şahidi olduğumuz indiki dəyişikləri həyata keçirməyə imkan verdi» - biznesmen bildirib.

Mixail Qutseriyev deyib ki, ümumiyyətlə Əliyevlər ailəsi Qafqaz regionunun ən elit ailəsidir. «Mən qafqazlıyam, «Qafqaz» sözü mənim üçün boş şey deyil, məna kəsb edir. Mən mütləq şəkildə əminəm ki, Əliyevlər Qafqazın ən elit ailəsidir, bu sözün yaxşı mənasında. Azərbaycan bu gün qurub-yaratmağın, davamlı inkişafın, beynəlmiləlçiliyin, mötədil dindarlığın, dünyəviliyin bariz nümunəsidir» - Qutseriyev sözlərinə davam edib.

Biznesmen deyib ki, o, işləri ilə bağlı ayda bir dəfə Bakıya gəlir. Və bugünkü Bakı onun üçün iradənin, bir şəxsin və xalqın iradəsinin triumfu, qurub-yaratmağın nümunəsidir. «Azərbaycan nümunəvi sübut edir ki, əgər dövlət başçısı müdrik adamdırsa nələr etmək mümkündür»-o əlavə edib.

Qutseriyev Bakını çox sevdiyini, şəhərdə krosovkalarını geyinib sahil boyu gəzdiyini, restoranlarda dadlı yeməklər yediyini da deyib.

Virtualaz.org