vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
22:37 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 3118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qısa və keyfiyyətsiz yuxu…

Yatmazdan öncə telefonla oynamayın

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddət elektron cihazların ekranında qəbul edilmiş işıq şüaları uşaqlarla yanaşı, böyüklərdə də yuxunun keyfiyyətinə ciddi təsir göstərə bilər. Bunu bir-biri ilə əlaqəsi olmayan iki ayrı araşdırmanın nəticəsi müəyyən edib.

Smarfonlar və planşet kompüterlər hər birimizin həyatına sürətlə daxil olmaqdadır. Bu sürət o qədər yüksəkdir ki, alimlər indiyədək onların təsirlərini araşdırmağa imkan tapmadılar.

Ancaq indi həm Kaliforniya Universitetinin, həm də «London King’s» Kollecinin araşdırmaçıları deyir ki, yatmaq vaxtına yaxın belə cihazlardan istifadə yuxusuzluğa səbəb ola bilər. Əvvəlki araşdırmalar təsdiq edib ki, yuxu pozuntusu insanda köklüyə, diabetə və depressiyaya yol açır.

Kaliforniya Universitetinin araşdırması yetkinlik yaşına çatmış 653 insanı 30 gün ərzində izləyərək onların ekrana baxdıqları saatı və müddəti qeydə alıb. Bundan sonra araşdırmaçılar həmin şəxslərin yuxu keyfiyyətini və davamlığını tədqiq edib. Xüsusilə yatmazdan əvvəl ekrana uzun müddət baxmaq birbaşa olaraq qısa və keyfiyyətsiz yuxuya səbəb olur.

«London King’s» Kollecinin 4 qitədə həyata keçirdiyi 20 araşdırmanın nəticəsi isə göstərir ki, uşaqların yataq otağında hər hansı onlayn cihazın olması onlara çox ziyandır. Belə ki, bu şərait uşaqların yükü siklonuna ciddi təsir riski yaradır.

«London King’s» Kolleci «Yuxu öncəsi istifadə»ni yaymazdan 90 dəqiqə əvvəl hər hansı cihazdan istifadə kimi təsvir edib.

Sosial medialar vasitəsilə müasir kommunikasiyaların təbiəti uşaqlarda hər zaman sayıq olmaq hissi məcburiyyəti yaradır.

Alimlər deyir ki, yalnız valideynlər, müəllimlər və səhiyyə rəsmilərinin əlaqələndirilmiş yanaşması yatmazdan öncə uşaqların onlayn cihazlardan istifadə həvəsinin qarşısını ala bilər.

Bu iki araşdırmanın nəticələri müvafiq olaraq «PLoS One and JAMA Pediatrics» elmi jurnallarında dərc edilib.