vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
11:18 | 13 noyabr 2016 | Bazar Məqaləyə 3608 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qualcomm»un «Quick Charge» icadı

Telefonlar daha tez enerji yığacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni «Quick Charge 4.0» texnologiyası sayəsində mobil qurğular daha sürətlə enerji toplayacaq. «Fudzilla» nəşrinin məlumatına görə, ABŞ-ın «Qualcomm» şirkəti yeni nəsil «Quick Charge» texnologiyasını təqdim etməyə hazırlaşır.

«Quick Charge 4.0» standartı cərəyanın gücü 4.7-5.6 amper olduqda 5 voltadək, 3 amper olduqda 9 voltadək gərginlik verəcək. Gərginliyi belə yüksək həddə qaldırmaqla verilən cərəyanın gücünü asanlıqla artırmaq mümkün olacaq, amma bu üsul gərginliyin batareyanın hesablandığı səviyyəyə enməsi zamanı böyük miqdarda istiliyin ayrılması ilə nəticələnir. Təkmilləşdirilmiş «Intelligent Negotiation for Optimum Voltage» texnologiyası bu problemi həll etməlidir. 

«Quick Charge 4.0» dəstəkli ilk smartfonlar 2017-ci ilin birinci rübündə satışa çıxarılacaq.