vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
16:41 | 13 noyabr 2016 | Bazar Məqaləyə 1920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həm ziyarət, həm ticarət?

Azərbaycan millisinin Şimali İrlandiya səfəri: 4 qol əvəzinə 8 televizor

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbərinə AFFA-dan münasibət bildirilib.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu «Qafqazinfo»ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib.

Onun sözlərinə görə, bu televizorlar futbolçular tərəfindən alınmayıb: «Bu alış-verişin futbolçulara heç bir aidiyyəti yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdur».

Xatırladaq ki, «SKY Sport»un daha öncə yaydığı xəbərdə bildirilirdi ki, «Richer Sound» şirkəti 25 min manatdan çox dəyəri olan televizorları yığmanın qaldığı otelə çatdırmaq üçün iki dəfə gəlməli olub.

Onu da qeyd edək ki, Azərbaycan yığması İrlandiyaya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 3-cü yerdə qərarlaşıb.

***

11:26

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan milli komandamız səfərdən təkcə qapısından buraxdığı 4 qolla dönməyib.

APA-nın məlumatına görə, məşhur «SKY Sport» kanalı maraqlı iddia ilə çıxış edib.

Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.

Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadır.

Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir.