vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SƏHİYYƏ, ORDU  
07:43 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1886 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Genetik xəstəliklər də müalicə olunacaq

Gen dəyişməsi yolu ilə…

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 300 min körpə oraq hüceyrə xəstəliyi ilə dünyaya gəlir. İndi tədqiqatçılar gen dəyişməsi yolu ilə bu genetik xəstəliyin müalicəsinə yol açmağın mümkün olduğunu deyir.

Oraq hüceyrə anemiyası oksigen daşıyan qan hüceyrələrini deformasiya edən genetik xəstəlikdir.

«Biz xəstəliyə hansı mutasiyanın səbəb olduğunu dəqiq bilirik. Onu da bilirik ki, əgər o mutasiyanı düzəldə bilsək, xəstəliyi müalicə edə bilərik», deyə UC Berklidən Mark Devit bildirir.

Sağlam qırmızı qan hüceyrələri yumrudur, oraq hüceyrələr isə aypara kimi çıxıntılıdır və qan axımı sırasında tutula bilər ki, bu da ağrılar və bəzən də orqanın zədələnməsinə səbəb ola bilər.

«CRİSPR Cas 9» adlanan gen dəyişməsi üsulundan istifadə edərək, Berklidə yerləşən Kaliforniya Universitetinin alimləri oraq hüceyrə xəstəliyi olan insanlardan kök hüceyrələrini alıb, mutasiyanı çıxarıb sağlam DNT ilə əvəzləyirlər.

«Biz hüceyrələri dörd ay boyunca sıçanın içinə daxil etdik. Dörd ay sonra onları çıxardıq və gen dəyişməsi səviyyələrini ölçdük. Məlum oldu ki, biz oraq hüceyrə xəstəliyi olan pasientlər üçün kliniki fayda əldə etmək üçün uyğun səviyyələrə çatırıq», deyə Devit bildirir.

Bundan sonra tədqiqatçılar artıq gen dəyişməsi prosesinin düzəltdiyindən çox problem yaratmadığını təmin etməli və daha sonra insanlar üçün də təhlükəsiz olduğunu sübut etməlidirlər. Əgər uğurlu olsa, bu üsul bir sıra digər genetik xəstəliklərdə də istifadə oluna bilər.