vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
09:34 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 2773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars körfəzi ölkələrinin neft forumu keçiriləcək

İqtisadi inkişafı və maliyyə əməkdaşlığı müzakirə olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (FKƏDƏŞ) ölkələrinin sayca üçüncü neft forumu (FKƏDƏŞ) Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, BƏƏ, Küveyt) 26-27 aprel 2017-ci il tarixində Bəhreyndə keçiriləcək.

Bu barədə forumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim əs-Salehə istinadən «Al-Ayyam» nəşri məlumat yayıb.

Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul olan digər maraqlı dövlətlər arasında neft sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.

Sədr əlavə edib ki, forumda, həmçinin regional və beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında fikirləri nəzərdən keçiriləcək.