vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ANALİZ  
18:47 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 2743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəticəsi nə olursa olsun...

... demokratik seçki alternativsizdir

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldova və Bolqarıstanda Rusiya ilə yaxınlaşma tərəfdarı olan siyasətçilərin prezident seçilməsinin «Brexit»ə, Trampın qələbəsinə səbəb olmuş amillərlə birbaşa bağlılığı yoxdur. Yəni bilavasitə o axının tərkib hissəsi deyil məncə.

Moldovada sol qüvvələrin ənənəvi olaraq böyük sosial bazası var. Seçkilərdə sol və liberal sağ partiyalar hər zaman bir-birinə çox yaxın miqdarda səs alır. Məsələn, son parlament seçkilərində sosialistlər və kommunistlər 46 mandat qazanıb, 3 liberal partiya isə 55 mandat əldə edərək hökuməti formalaşdırıb. Göründüyü kimi, fərq çox azdır və seçkidən seçkiyə tərəzinin gözünün sağa-sola əyilməsi sürpriz sayılmır. Moldovanın yaxın keçmişində kommunist prezident də olub, Vladimir Voronin yəqin hamının yadındadır. Yəni, Rusiyanın mövqeləri Moldovada hər zaman güclü olub, bunun əsas səbəblərindən biri kimi ölkə əhalisinin əksəriyyətinin pravoslav xristian olmasını və yerli pravoslav kilsəsinin Rus Pravoslav Kilsəsinə tabeliyini göstərmək olar. (Bizim qaqauz qardaşlarımız da pravoslav və rusiyapərəstdir.) Sabah parlament seçkiləri keçirilsə, yəqin ki, bu dəfə solçular 5-6 mandat fərqi ilə qalib gələcək, çünki avrointeqrasiya prosesinin insanların rifahına hələ ki hər hansı təsiri olmayıb və bu, məyusluq yaradıb, ötən müddətdə banklardan 1 milyard dollar oğurlanması isə narazılığı artırıb.

Bilirsiniz ki, Moldova Avropa Birliyi ilə assosiasiya sazişini imzalayaraq strateji inkişaf yönünü müəyyənləşdirib. Sol qüvvələr iqtidara gəlsə belə, bu yoldan dönmək çox çətin görünür, çünki cəmiyyətin aktiv, passionar kəsimi (əsasən təhsilli gənclər) avrointeqrasiya tərəfdarıdır. Rumıniya ilə birləşmə tərəfdarı olan unionistlər də kifayət qədər fəaldır. Moldovanın Rusiya ilə həmsərhəd olmaması da çox önəmli faktordur. Bütün bu səbəblərə görə, ölkənin istiqamətini 180 dərəcə əks tərəfə çevirmək çox çətin vəzifədir, təbii ki, Avropa Birliyi və onun təmsil etdiyi ideyalar, dəyərlər iflasa uğramasa...

Bolqarıstan isə Avropa Birliyinin, NATO-nun üzvüdür və Rusiyaya isti yanaşan siyasətçinin hakimiyyətə gəlməsi xarici siyasət vektorunun kəskin dəyişməsi mənasını vermir. (Əlbəttə ki, korrektələr ola bilər.) Bolqarıstan AB-nin ən yoxsul ölkəsidir və sosial-iqtisadi problemlər fonunda orada istənilən populist siyasi qüvvənin iqtidara gəlməsi mümkündür.

Uzatmadan sonda qeyd edim ki, həm Moldova, həm də Bolqarıstan parlamentar sistemlə idarə olunur və prezidentlərin dəyişməsi hələ siyasətin dəyişməsi demək deyil. Bugünkü Rusiyanın bir cazibə mərkəzinə çevrilməkdən uzaq olduğu da unudulmamalıdır.

Lap sonda onu da qeyd edim ki, nəticəsi nə olursa olsun, demokratik seçki gözəldir və alternativsizdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)