vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
23:29 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2016 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UEFA klublarımıza 5 milyon

Məbləğin çox hissəsi «Qarabağ»a, az hissəsi «İnter»ə verilib

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA 2016/2017 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına pul köçürüb. «Qafqazinfo» xəbər verir ki, qitənin ali futbol qurumunun Çempionlar Liqası və Avropa Liqasındakı iştiraka görə ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən «Qarabağ» 1 milyon 88 min 460 avro qazandığı halda, «Qəbələ» 733 min 660 avro «irəli düşüb».

Avroliqanın təsnifat mərhələsində iştirak etmiş «Neftçi» 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən «İnter» isə 58 min 660 avro qazanc götürüb.

Avroliqada 1 mərhələ adlamış «Kəpəz» isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 (5 064 066 manat) avro köçürüb.