vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SOSİAL  
16:03 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 1239 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər gün 138, hər ay 4134 nəfər...

Çalışın işinizi itirməyəsiniz

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir.

Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bağlanan iş yerlərinin 63,9 faizi fərdi sahibkarlıq subyektlərinin, 17,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir.

Bu məlumatları təhlil edib, dəyərləndirərkən 3 məqama diqqət yetirmək lazımdır. Əvvəla, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir, çünki, bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçotda düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar DSK-nın hesabatında əks etdirilmir. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerlərini itirənlərin sayı daha da arta bilər. Odur ki, işinizdə diqqətli və məsuliyyətli olun, çalışın ki, onu itirməyəsiniz