vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QALMAQAL  
18:21 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 2411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millət vəkili hiddətləndi

«Haqqımda bu xəbəri yayanlar barədə ölçü götürəcəm!»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Heç yerdə deməmişəm ki, deputatın əmək haqqı azdır, artırmaq lazımdır və daha nələr nələr...». Bu sözləri Modern.az saytına açıqlamasında deputat Vahid Əhmədov deyib.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılıb ki, guya, Vahid Əhmədov deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib. Vahid Əhmədov bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirib.

«Haqqımda bu cür yanlış informasiya yazanlar barədə ölçü götürəcəm. Amma konkret deyə bilmərəm ki, bu cür xəbərlər kimdən və nədən qaynaqlanır. Araşdıraq görək kim bizdən nə istəyir?!»