vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ANALİZ  
12:14 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan «İsgəndər» istənilməlidir

Kremli bir daha sınamaq lazımdır

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya heç bir məsələdə balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Məsələn Rusiyanın «Rossiya» kanalının məşhur aparıcısı və «Sputnik» agentliyinin rəhbəri Dmitri Kiselyov bir müddət öncə Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevdən müsahibə aldı. Bu müsahibə böyük əks-səda doğurdu. Azərbaycan prezidenti bu müsahibə vasitəsilə Rusiya ictimaiyyətinə çox ciddi mesajlar göndərdi. Ən ciddi mesaj da bu idi: «Biz Dağlıq Qarabağa Azərbaycan tərkibində Muxtar Respublika statusu verməyə hazırıq». Bu təklif Rusiya ictimaiyyətində «həqiqətən ermənilərə daha nə lazımdır ki» fikrini gücləndirməli idi.

Ancaq bu müsahibədən sonra İlham Əliyevin mövqeyi güclü görünməsin və son söz Azərbaycan dövlət başçısına məxsus olmasın deyə Dmitri Kiselyovu bu dəfə müsahibə dalınca Ermənistana göndərdilər. Kiselyov Ermənistan prezidenti Serj Sərkisyandan geniş müsahibə götürüb.

Bu müsahibədə Sərkisyanın iki mesajı diqqət çəkir.

Birincisi, Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında «qaynar xətt»in yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar. Ermənistan prezidenti yaxın tarixə də müraciət edir: «1990-cı illərin əvvəllərində mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur».

Sərkisyanın bu sözləri Dağlıq Qarabağda Ermənistan ordusunun nəzarəti altında olmasının etirafı deyilmi? Çünki, söhbət Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsin pozulmasından gedirsə, Bakıdan kimsə niyə İrəvana telefon açmalıdır? Məgər bu vaxta qədər «bu məsələni Dağlıq Qarabağ separatçılarının lideri ilə müzakirə edin» deyən Sərkisyan deyildimi?

Sərkisyanın bu «qaynar xətt» təklifini əlimizdə rəhbəri tutaraq bir daha Dağlıq Qarabağ və ətraf rayonların məhz kimin işğalı altında olduğunu bəyan etməliyik. O ki qaldı təklifin mahiyyətinə, «qaynar xətti» Azərbaycan və Ermənistan sərhəd boyu həyata keçirmək mümkündür. Çünki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Ancaq Dağlıq Qarabağ və işğal altındakı digər rayonlar üzrə «qaynar xətt» bizim maraqlara cavab vermir. Belə çıxır ki, Azərbaycan ordusu məsələn Ağdam və Füzulini işğaldan azad etmək məqsədilə hücuma keçsə Bakı İrəvanla «telefon zənglərinə» cavab verməlidir ki, yenidən atəşkəs vəziyyətinə qayıdılsın. Bu absurddur. İrəvan belə «qaynar xətt» həvəskarıdırsa münaqişənin mərhələli həlli məqsədilə Bakıya müraciət etsin və bundan sonra həqiqətən birbaşa rabitə qurula bilər. Bu olmayana qədər isə Sərkisyanın bu kimi «təklifləri» sadəcə vaxtı uzatmaq məqsədi daşıyacaq.

İkincisi, Serj Sərkisyan Rusiyanın müsahibəsində deyib ki, «İsgəndər» raketlərinin Ermənistanda yerləşdirilməsi məcburi addım idi və məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını almaq idi. Sərkisyan onu da bildirib ki, Azərbaycan son illər müasir silahlar alırdı, Ermənistanın isə maliyyə imkanları olmadığından Rusiyadan «İsgəndər» raketlərini xahiş etməli idi. Və bu xahişə müsbət cavab verildi.

Prinsipcə Sərkisyanın bu sözlərində də yeni heç nə yoxdur. Dedikləri doğrudur. Rusiya istəməyib ki, Azərbaycan hərbi baxımdan Ermənistandan güclü olsun. Çünki, apreldəki döyüşlər İrəvanla yanaşı Moskvanı da qorxutdu. Kremldə hesab etdilər ki, Azərbaycan hərbi yolla işğal altındakı torpaqları geri qaytara bilər. Ona görə də «düyməyə» basdılar. Əvvəlcə Ermənistana «İsgəndər» raketləri göndərdilər. İndi isə Ermənistan ordusunu Rusiya Müdafiə Nazirliyinin tabeliyinə keçirdilər (birgə hərbi qoşun birliklərinin yaradılması nəzərdə tutulur).

Buna baxmayaraq, Rusiya Azərbaycana silah satışını dayandırmır. Azərbaycan Rusiyadan 5 milyard dolları civarında silah və sursat alıb. Rəsmi Bakı hansı silahı istəyibsə Rusiya onu Azərbaycana satıb. Sadəcə, Rusiyanı bir daha sınamaq lazımdır. Rəsmi Bakı Rusiyadan «İsgəndər» raketlərini satmağı xahiş etməlidir. Satmaq istəməsələr, rəsmi Bakı Moskvaya mesaj yollamalıdır ki, eyni tip raketləri başqa ölkələrdən almaq məcburiyyətində qalacaq və milyardlarla dollar gəlir də həmin ölkəyə gedəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)