vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DÜNYA  
19:36 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böhran kralı da vurdu

Səudiyyə Ərəbistanı devalvasiyaya hazırlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı milli valyuta - riyalın məzənnəsini süni şəkildə dəstəkləməkdən vaz keçə biləcəyini açıqlayıb.

«Report»un «Vestifinance» saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Səudiyyə Ərəbistanının şahzadəsi milyarder əl-Valid ibn Təlal «Bloomberg» agentliyinə müsahibəsində bildirib. O, buna səbəb kimi ölkəsinin qarşılaşdığı sosial, siyasi və maliyyə sahələrindəki dəyişiklikləri göstərib.

Əl-Validin sözlərinə görə, ən pis halda riyalın dollarla müqayisədə sabit olan cari məzənnəsinin dəyişməsi 2-3 il ərzində baş verə bilər. Qeyd edək ki, bu ölkənin məmurları neft qiymətlərinin düşməsi fonunda gəlirlərin azalması səbəbindən dəfələrlə sabit məzənnə ilə bağlı spekulyasiyalardan qaçmağa çalışıblar. Ölkənin baş bankiri Əhməd ibn Əbdül Kərim əl-Xalifi isə bildirib ki, S.Ərəbistanı sabit məzənnə siyasətinə sadiq qalmaqda davam edəcək.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanında iqtisadi artımın 1,3 faiz təşkil edəcəyi gözlənilir və bu, 2008-2009-ci illərin böhranından sonra ən minimal səviyyə sayılır. Bu ölkədə dolların məzənnəsi isə 1980-ci ildən etibarən 3,75 SAR/USD səviyyəsindədir.