vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
22:10 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan növbəti zərbə

Politoloq: «Kreml əlindən gələn edir ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyadan Azərbaycana daha bir zərbə dəydi. Bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib. Onun sözlərinə gör, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır. Cəbhə bölgəsində kameraların quraşdırılması ideyası da Rusiyaya məxsusdur. Göründüyü kimi Rusiya hakimiyyəti əlindən gələn hər şeyi edir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsin. Azərbaycan prezidenti İlham Əliyev haqlı olaraq Rusiyanın bu təkliflərini qəbul etməyib. Əks halda biz işğalçını təzyiq altında saxlaya bilməyəcəkdik.

Politoloq sonra bildirib: «Bu təkliflərin Rusiyadan gəldiyini əvvəl də bilirdim. Sadəcə, məni başqa sual maraqlandırır: Moskva bu məsələni niyə indi açıb-ağardır? Faktiki bu açıqlama da Ermənistan hakimiyyətinin maraqlarına cavab verir. Çünki, İrəvan dəridən qabıqdan çıxır ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mexanizmi tətbiq edilsin və onlar bu yolla status-kvonu əbədiyyətə qədər uzatsınlar. Digər tərəfdən Zaxarovanın açıqlamasını belə də oxumaq olar: «Bakı bizim təklifi qəbul etmədi, bunun əvəzinə də biz gələcək toqquşmanın qarşısını almaq üçün həm Ermənistana «İsgəndər» raketləri verdik, həm də birgə qoşun birlikləri yaratdıq»».