vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
19:18 | 19 noyabr 2016 | Şənbə Məqaləyə 2760 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tranzit siyasəti bəhrəsini verir

Azərbaycan taxıl daşınmasında tranzit ölkəyə çevrilə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın taxıl ixracı ilə məşğul olan «Rusaqrotrans» QSC Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə İran, İraq, Pakistan, Əfqanıstan kimi şərq ölkələrinin bazarlarına məhsul çıxarmaq niyyətindədir.

Rusiya mətbuatı yazır ki, bu barədə şirkətin baş direktoru Yuri Kim məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Astara-Rəşt dəmir yolu xətti vasitəsilə İranın Fars körfəzində yerləşən Bəndər-Abbas dəniz limanı istiqamətində tranzit daşımalarına töhfə vermək niyyətindədir.

Bundan başqa, Y.Kim qeyd edib ki, «Rusaqrotrans» Azərbaycan və Gürcüstan dəmir yolu şəbəkəsindən, daha dəqiq desək, istismara verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə Türkiyəyə taxıl ixrac etmək istəyir.

Qeyd edək ki, hazırda Rusiyadan İrana taxıl ixracı Xəzər dənizindəki limanlar, Türkiyəyə ixrac isə Azov dənizinin kiçik limanları vasitəsilə həyata keçirilir.