vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
21:14 | 20 noyabr 2016 | Bazar Məqaləyə 1261 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zakerberqin dezinformasiya tədbirləri

Sosial şəbəkə saxta məlumatlara qarşı sistem yaradır

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, prezident Barak Obamanın iradından sonra «Facebook» şirkətinin rəhbəri Mark Zakerberq bu sosial şəbəkədə saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün tədbirlər görüləcəyini bəyan edib. Zakerberq deyib ki, o «dezinformasiya» məsələsinə çox ciddi yanaşır.

O bildirib ki, «Facebook» indiyədək hansı informasiyanın xalis, hansının saxta olmasını şəbəkə icmasının öz öhdəsinə buraxıb.

««Facebook»dakı saxta informasiyalar barədə icma üzvlərinin məlumat verməsi sistemi indiyədək yaxşı işləyib», - deyib Zakerberq.

O deyib ki, ötən ay «Facebook» kuratorlardan ibarət qrup yaradıb və onlar şəbəkədə yayılan xəbərlərin trendinqini araşdırıblar. Buna baxmayaraq «Facebook» xəbərləri senzura etməkdə günahlandırılıb. Məsələn Vyetnam müharibəsinə aid fotoşəklin bloklanması zamanı olduğu kimi.

Məhz buna görə də Zakerberq deyib ki, xəbərlərin tənzimlənməsi mürəkkəb məsələdir.

«Biz şəxsən özümüz həqiqətin hakimi olmaq istəmirik və əksinə icmamımıza və müstəqil üçüncü tərəflərə etibar edirik» - «Facebook»un sahibi deyib.

O «etibarlı faktyoxlayan təşkilatlara» bu işdə «Facebook»a kömək göstərmələri üçün müraciət edib.

Zakerberq təfərrüatlarına varmadan deyib ki, «Facebook» xəbərlərin saxta olduğunu aşkar edib işarələyən texniki sistem tətbiq edəcək.

Bundan əlavə şəbəkədəki bəzi materialların üzərində xəbərdarlıq işarələri görünəcək.

Zakerberq habelə deyib ki, «Facebook» onu 11 sentyabr hücumları, Mişel Obama və başqa hadisə və şəxslər barədə qəsd nəzəriyyələri ilə bağlayan materialların təkzibi üçün linklər verəcək.

«The Guardian» yazır ki, dezinformasiya probleminə son vaxtlar həm hazırkı ABŞ prezidenti Barak Obama, həm də prezident seçilmiş Donald Tramp toxunublar, hərçənd onların yanaşması bir-birinə daban-dabana zidd olub.

Obama deyib ki, saxta məlumatlar xəbər qurumlarına və təsisatlara böyük təhlükə törədir.

«Əgər biz faktlara, nəinki doğru, nəyinsə yalan olduğuna, ciddi arqumentlərlə təbliğatın fərqinə ciddi yanaşmasaq, onda problemlərimiz yaranacaq. Əgər biz fərq qoymadan hər şeyi eyni qiymətləndirsək, onda nəyi qorumalı olduğumuzu bilməyəcəyik. Nəyin uğrunda mübarizə aparmalı olduğumuzu da bilməyəcəyik. Onda bizim demokratik azadlıqlar və azad bazar iqtisadiyyatı sahəsində əldə etdiklərimiz... itirilə bilər» - Barak Obama bildirib.

«The Guardian» yazır ki, bu arada Donald Tramp «Breitbart News» internet saytının rəhbəri Stiv Bannonu özünün baş strateqi təyin edib. Bu saytda isə tez-tez çaşdırıcı informasiyalar, iqrçi və seksist təmayüllü yazırlar dərc edilir.

Bundan bir həftə əvvəl Zakerberq «Facebook»u ABŞ seçkisi günündə saxta informasiyalarla ictimaiyyəti azdırmaqda və az qala Trampın qələbəsində ittiham edənlərin iddialarını rədd etmişdi.