vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
13:57 | 21 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1841 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Populist olmasın»

Komitə sədrindən elm adamlarına təklif

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan bildiyimiz kimi « Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq» kampaniyasına qoşulub. Biz artıq bir neçə gün bundan qabaq böyük bir layihəyə start vermişik».

Modern.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, həmin layihəyə uyğun olaraq qadına qarşı zorakılıq hallarının azalması üçün yardım mərkəzlərinin yaradılması gündəlikdədir: «O da təbiidir. Ona görə ki bu gün Azərbaycanda qadın uşaq siyasəti  çox güclü təşkil olunub. Bu məsələlərlə bağlı ölkə prezidenti və birinci xanım tərəfindən çox böyük dəstəyi və köməyi hiss etmişik. Bu problem bütün dünyada var».

Hicran Hüseynova qeyd edib ki,  hər hansı bir ölkədə bu problem tam həll oluna bilməyib.

«Azərbaycanda bu problemlərin həlli istiqamətində işlər görür. Biz çox istəyərdik ki, bu işdə dövlət orqanları ilə bərabər QHT-lər də çox fəallıq  göstərsinlər. Biz istəyərdik ki, elm sahəsində çalışan insanlar da bu istiqamətdə araşdırmalar aparsınlar. Maraqlı işlər və məqalələr yazsınlar. Onlar populist formada yox, ciddi formada olsun. Bizim üçün  də bu araşdırmalar çox vacibdir. Jurnalistlər isə bu kimi zorakılığa məruz qalan insanlar haqqında məlumatı çox ehtiyatla verməlidir. Çünki o da Azərbaycan vətəndaşıdır. Biz bilməliyik ki, həmin insanlar sonra da bu cəmiyyətdə yaşamalıdır».