vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:26 | 21 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1508 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biznesmenin qatil qardaşı

Telman İsmayılov iki biznesmenin qətlini sifariş verən qardaşını necə xilas edib...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı oliqarx və hazırda müflis durumda olan biznesmen Telman İsmayılovun qardaşının iki nəfərin qətlini sifariş verməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. virtualaz.org xəbər verir ki, qətldən az sonra, 2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb.

Və bu səylər ilkin nəticə verib. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskvaətrafı vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün «yetərli əsas tapa bilməyib». Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb.

Biznesmenlərin qətlini araşdıran əməliyyatçılar Rafiq İsmayılovun bu qətllə birbaşa bağlılığı haqda ciddi şübhələrə malik olsalar da ona qarşı tədbir görə bilməyiblər. Məlumdur ki, Telman İsmayılovun Rusiya hüquq-mühafizə orqanlarında güclü əlaqələri olub və görünür oliqarx həmin əlaqələri sayəsində qardaşını bir müddət xilas edə bilib. Lakin qətlə yetirilən biznesmen Savkinin oğlu Roman atasının qətlini İsmayılovun sifariş verdiyini və təşkil etdiyini bildiyi üçün aylarla İstintaq Komitəsinin qapısını döyüb, hadisənin düzgün araşdırılmasını tələb edib.

«İşin üstünü örtməyə imkan verməmək üçün İstintaq Komitəsi onu Krasnoqorsk rayonu üzrə istintaq şöbəsindən alaraq Moskva vilayəti üzrə baş istintaq idarəsinə verib. Yeni müstəntiq cəmi bir neçə günə bütün lazım olan istintaq hərəkətlərini aparıb və qətli Telman İsmayılovun qardaşının təşkil etdiyini sübut edən dəlillər toplayıb. Nəticədə R.İsmayılov həbs edilib»-mənbə deyib.

İstintaqın əldə etdiyi dəlillərə görə killer biznesmenləri güllələyəndən sonra R.İsmayılovun idarə etdiyi «Mercedes»lə hadisə yerindən uzaqlaşıb.Hadisədən sonra İsmayılov həmin «Mercedes»i tələsik satıb. Life-ru bildirir ki, istintaqa ilkin ifadəsində R.İsmayılov qətllə bağlı ittihamı rədd edib, ancaq hadisədən əvvəl yanacaqdoldurma məntəqəsində Mehman Kərimovla birlikdə olduğunu təsdiqləyib.

M.Kərimov isə ifadəsində qətlə görə məsuliyyəti üzərinə götürüb və hələlik R.İsmayılovun adını çəkmir. Bildirilir ki, istintaqın gedişində başqa həbslər də mümkündür. Ən azından R.İsmayılovu  vaxtilə azadlığa buraxan müstəntiqin məsələsinə baxılacaq. Çünki istintaqın ona ciddi sualları var.

 

***

 

10:58

Virtualaz.org life.ru-ya istinadən xəbər verir ki, Telman İsmayılovun qardaşının biznesmenin qətlini sifariş verməsi onların arasındakı maliyyə mübahisəsi ilə bağlı ola bilər. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, öldürülən Vladimir Savkin Rafiq İsmayılovla birlikdə Moskvada iri ticarət-əyləncə mərkəzinin sahibi olub. İsmayılov biznesini satıb və bundan 10 milyon dollar əldə edib. Bu məbləğdən İsmayılov Savkinə 5.5 milyon dollar verməliydi.

Lakin İsmayılov şərikinə çatacaq məbləği vermək istəməyib, Savkin isə ondan pulu almaq üçün cəhdlər edib. Belə görünür ki, İsmayılov pulu verməmək üçün ortağını aradan götürməyi qərara alıb.

Bildirilir ki, həbs edilən Mehman Kərimov bu qətldə sifarişçi rolunu oynayıb və biznesmenlərlə görüşə İsmayılovla Savkin arasında mübahisənin danışıqlar yoluyla həll edilməsində vasitəçilik etmək üçün getmişdi. Həmin vaxt məsələyə aidiyyatı olmayan biznesmen, «Lyublino Motors» şirkətinin rəhbəri də orada olub və təsadüfi qurbana çevrilib.

İstintaq sübuta yetirib ki, Rafiq İsmayılov killeri-əvvəllər həbsdə olmuş Mehman Kərimovu şəxsən qətl yerinə aparıb. Telman İsmayılovun doğma qardaşı killeri biznesmenlərin öldürüldüyü yerə oğlu Raul İsmayılova məxsus «Mercedes»də aparıb.

Mənbənin bildirdiyinə görə, killer Vladimir Savkinlə görüşü mayın 16-da Novorisk şossesində yerləşən BP yanacaqdoldurma məntəqəsinə təyin edib. Təsadüfən Savkin «Lyublino Motors» şirkətinin direktoru Yuri Brilyovu da özüylə götürüb. Biznesmenlərin görüş yerinə çatmasına bir neçə dəqiqə qalmış Telman İsmayılovun qohumu Raula məxsus «Mercedes» yanacaqdoldurma məntəqəsinə daxil olub. İstintaq müəyyən edib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da var idi. Bunu videomüşahidə kameraları qeydə alıb.

Videogörüntülərə əsasən «Mercedes» yanacaqdoldurma məntəqəsində bir qədər aralıda dayanıb ki, biznesmenlər salondakı Rafiq İsmayılovu görə bilməsinlər.

«Biznesmen Vladimir Savkinlə görüşə ancaq Mehman Kərimov çıxıb, qısa söhbətdən sonra killer biznesmenlərlə birlikdə biznesmenlərin«Toyota Land Cruiser» markalı cipinə əyləşib və Moskva vilayəti tərəfə yola düşüb. 40 saniyə sonra onun arxasınca Rafiq İsmayılovun olduğu «Mercedes» yola çıxıb. Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda həmin «Toyota Land Cruiser»i  salonunda güllələnmiş biznesmenlərlə birlikdə tapıblar.

«Saat 22.40 radələrində Novorisjk şosesinin 30-cu kilometrliyində salonunda başından güllələnmiş iki nəfərin meyidi olan avtomobil aşkar olunub. Bundan dərhal sonra şübhəli şəxs qismində Mehman Kərimov tutulub. Müəyyən edilib ki, biznesmenləri güllələyərkən Mehman Kərimov onun ardınca gələn Rafiq İsmayılova bir neçə dəfə zəng edib. Mehman Kərimov saxlanılandan sonra ifadəsində deyib ki, Savkin ona 500 min dollar borclu idi və onu da bu borca görə öldürüb. Lakin istintaq müəyyən edib ki, münaqişə Kərimovla Savkin arasında deyil, onunla Rafiq İsmayılov arasında olub»-mənbə bildirib.


***

 

10:17

Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.

«Qafqazinfo» rus KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və «Lublino motors»un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. R.İsmayılov və onunla əlbir olan Mehman Kərimova «iki və daha artıq şəxsin öldürülməsi» maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.

Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə R.İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. «Lublino motors»un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.