vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
01:25 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2886 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atatürk və dünyəvilik olmayacaq

AKP prezidentin andiçmə mətnini dəyişdirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə hakim AKP-nin MHP-yə təqdim etdiyi Konstitusiya (Anayasa) paketində andiçmə mətni dəyişdirilir. Belə ki, mətndən «Atatürk prinsip və inqilablarına və dünyəvi Respublika prinsipinə sadiq qalacağam…» ifadələri çıxarılıb. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Prezidentin andiçmə mətni bu cür təklif edilir: «İnsan haqlarına, hüququn üstünlüyünə və demokratiyaya bağlı qalacağıma, dövlətin müstəqilliyini, ölkənin bütövlüyünü, millətin qeyd şərtsiz suverenliyini qoruyacağıma and içirəm».

Prezidentin andiçmə mətninin dəyişdirilməsinə əsas səbəb kimi andiçmə mətninin uzun olması, habelə Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir.

Təklif olunan dəyişikliyə görə, Baş Nazirlik və Nazirlər Kabineti ilə bağlı 8 maddə öz funksiyasını itirəcək.