vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
16:36 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metropolitendə təhlükəsizlik təlimləri

Prosesi beynəlxalq təcrübəyə malik şirkət həyata keçirir

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Metroplitendə təlimlər
  • Metroplitendə təlimlər
  • Metroplitendə təlimlər
  • Metroplitendə təlimlər
  • Metroplitendə təlimlər
  • Metroplitendə təlimlər

Noyabrın 21-dən 25-dək «Bakı Metropoliteni» QSC-nin təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün «Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri» mövzusunda təlimlər keçirilir.

Təlimlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır.

Təlimləri bu sahədə nəzəri və praktiki beynəlxalq təcrübəyə malik olan «İntelligent Solutions İnternational» LTD şirkətinin mütəxəssisləri aparırlar.

«Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri» mövzuları üzrə qruplar şəklində təşkil olunan təlimlər çərçivəsində 250 nəfər metropoliten əməkdaşına metropolitendə baş verə biləcək terror-təxribat və digər qanun pozuntuları (vandalizm, cibgirlik və s.) zamanı qabaqlayıcı təhlükəsizlik tədbirləri və onların aradan qaldırılması barədə əlavə məlumatlar verilir. Bununla yanaşı, məşğələlərdə terrorizm və onun təzahürləri, bu tipli risklərin azaldılması istiqamətində nəqliyyatın təhlükəsiz istismarı və digər vacib məsələlər müzakirə edilir, eləcə də təhlükəsizliyin təşkili ilə bağlı beynəlxalq təcrübələrdən yararlanaraq mühazirələr oxunulur.

Keçirilən təlimlərdə iştirakçılara təhlükəsizliklə bağlı videoslaydlar nümayiş olunur, həmçinin təlim iştirakçılarına terror və təxribat xarakterli hadisələr zamanı boşluqların müəyyənləşdirilməsi, onların aradan qaldırılması istiqamətində əlavə təkliflər verilir.

Metropolitendə təhlükəsizlik üzrə təlimlər - qəza hallarında insanların təxliyəsi, kimyəvi-bioloji- radioaktiv zəhərlənmənin əlamətlərinin aşkarlanması haqqında əlavə biliklərin verilməsini təmin edəcəkdir.

Qeyd edək ki, «Bakı Metropoliteni» QSC əməkdaşlarının təhlükəsizliklə bağlı təcrübələrinin artırılması məqsədilə təşkil olunan təlimlər davamlı olacaqdır.