vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:12 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus «Ayı»sı NATO ərazisinə soxuldu

Nüvə raketləri daşıyan təyyarəni tutmaq üçün F-16 havaya qalxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə Rusiyanın Tu-95M strateji nüvə bombardmançıları Portuqaliyanın nəzarətində olan hava məkanına (ölkənin suveren hava məkanından kənarda) daxil olub. virtualaz.org Portuqaliya KİV-lərinə istinadən xəbər verir ki, NATO-da «Ayı» adlandılılan bombardmançıları «tutmaq» üçün havaya iki F-16 qırıcısı qaldırılıb.

Portuqaliya hava qüvvələrinin polkovniki Rui Rok deyib ki, Rusiya bombardmançıları ölkənin şimal istiqamətindən hava sahəsinə daxil olublar. Lakin Portuqaliyanın suveren hava sərhədlərini pozmayıblar. Beynəlxalq normalara görə hər bir ölkənin suveren hava sahəsi ilə yanaşı nəzarət etdiyi hava sahələri də mövcuddur. Bu, beynəlxalq hava sahəsinin bir hissəsidir, ancaq konkret ölkənin müşahidəsi altında olur.

Polkovnik deyib ki, Rusiya bombardmançıları tanınma siqnalları vermirdi və bu səbəbdən onların uçuşu regionda mülki aviasiyanın uçuşu üçün təhlükə yarada bilərdi. Bombardmançılar Portuqaliya qırıcılarının müşayiəti ilə ölkənin hava sərhədləri boyu uçub və daha sonra uzaqlaşıb.

Rusiya son illər müntəzəm olaraq NATO ölkələrinin sayıqlığını strateji bombardmançılarla yoxlayır.