vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SAĞLAMLIQ  
19:46 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eşşək südü deyib keçməyin

Kiloqramı 2000 manata olan super sağlam qida

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, Serbiyanın birgə fermasında istehsal olunan eşşək pendiri dünyanın ən bahalı pendiridir. Lakin eşşək pendirinin qiyməti elədir ki, onu supermarket piştaxtalarında görmək çətin mümkün olsun.

Çox nadir sayılan bu pendir eşşək südündən hazırlanır, bu süd isə zülallar, kalsium və omega 3 yağ turşularlı ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığının qorunub saxlanmasında mühüm rol oynayır.

Məqalədə deyilir ki, getdikcə daha çox adamın orqanizmlərinin inək südü və pendirinə dözümsüz olduğunu iddia etdikləri bir vaxtda eşşək südü alternativ kimi cəlbedici görünür.

Lakin eşşək pendirinin qiyməti elədir ki, onu supermarket piştaxtalarında görmək çətin mümkün olsun.

Super sağlam qida elan edilmiş eşşək pendirinin kilosu 880 funt sterlinqdir (1890 manat).

Dünyada eşşək pendirinin yeganə istehsalçısı Slobodan Simicin ferması Serbiya paytaxtı Belqraddan 50 kilometr məsafədəki Zasavitsada yerləşir.

Biznesə 16 il əvvəl cəmi 12 eşşəklə başlayan Simicin indi 300 baş sürüsü var.

Pule adlanan pendirin belə bahalığına səbəb odur ki, 1 litrlik pendirin alınması üçün 25 litr eşşək südü lazım gəlir.

Bundan başqa eşşəklər bir qayda olaraq inək və keçilərdən daha az süd verirlər.

Simicin fermasında eşşəklər gündə üç dəfə əllə sağılır.

Lakin eşşək pendirinin yaradılması zamanı ortaya çıxan ən böyük çətinlik eşşək südünün tərkibində kazein adlı zülalın kifayət qədər olmamasıdır. Bu isə pendirin hazırlanmasında qatılaşdırıcı agent sayılır. Simicin bu problemin öhdəsindən necə gəlməsi çox cidd-cəhdlə qorunan kommersiya sirridir.

Bu pendirin dadını təbii ki, çox az adam bilir, amma məşhur tennisçi Novak Djokovic deyilənə görə eşşək pendirinin azarkeşidir.

Bir neçə il əvvəl belə bir söz çıxmışdı ki, guya tennisçi bir illik qlobal eşşək pendiri məhsulunun hamısını alıb. Sonralar Djokovic bu iddiaları rədd etmişdi.

Bir də əfsanəyə görə eşşək südünü Kleopatra xoşlayırmış. Deyirlər ki, o, bədənini cavan saxlamaq üçün eşşək südündə çimərmiş.

Eşşək südünü başqa südlərdən fərqləndirən xeyirli keyfiyyətlər var. Məsələn eşşək südündə C vitaminin miqdarı adi süddəkindən 60 dəfə çoxdur, amma yağlılığı cəmi 1 faizdir.

Deyirlər ki, guya eşşək pendirindən gündə bircə dilim yeməklə astma və bronxitin öhdəsindən gəlmək olar.

Amma kilosu 2000 manata olan pendirdən gündə bir dilim necə yeyəsən?