vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
13:30 | 12 oktyabr 2013 | Şənbə Məqaləyə 3353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş nazir prezidenti təbrik etdi

Medvedevdən İlham Əliyevə məktub göndərib

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:

“Sizi prezident seçkilərində qələbə münasibətilə təbrik edirəm. Seçki kampaniyası bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xəttinizi tamamilə dəstəkləyirlər.
Biz ənənəvi Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir. 
Hörmətli İlham Heydər oğlu, Sizə məsul fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”.