vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
23:38 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 2707 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEK-də Azərbaycanı gözləyirlər

«Bloomberg»: «Rusiyadan da neft hasilatını məhdudlaşdırması istənilir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Meksika OPEK-in noyabrın 28-də keçiriləcək neft hasilatının məhdudlaşdırılmasına dair danışıqlarında iştirak edəcək. Bu barədə öz mənbələrinə istinadən «Bloomberg» məlumat yayıb.

Məlumatda, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanın da OPEK-in hasilatın məhdudlaşdırılması üzrə razılaşmasına qoşulacağını gözləyir.

Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 28-də OPEK-in məsləhətləşmələrində iştirak edəcəyini bildirib.

Başqa bir mənbənin məlumatına görə, Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr hər hansı bir vəd verməmişdən öncə razılaşma haqqında daha çox detal əldə etməyə çalışırlar.