vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
RƏY, REPLİKA  
12:30 | 11 oktyabr 2013 | Cümə Məqaləyə 3108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas günahkar kimdir?»

Tanınmış politoloq Cəmil Həsənlinin məğlubiyyətini dəyərləndirdi

Anar RÜSTƏMOV, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bu məğlubiyyət Cəmil Həsənlinin deyil, onu qabağa verən liderlərin məğlubiyyətidir”. Bu fikirləri politoloq Qabil Hüseynli Milli Şuranın seçkidə məğlub olmasını Modern.az-a şərh edərkən bildirib.

Politoloqun fikrincə, Milli Şuranın seçkidə məğlub olmasında Cəmil Həsənlinin heç bir günahı yoxdur. Q.Hüseynli hesab edir ki, məğlubiyyəti Milli Şurada təmsil olunan qüvvələr, liderlər üzərlərinə götürməlidirlər.
“Cəmil Həsənlinin məğlubiyyətində onu təmsil edən qüvvələrin payı var. Yəni bu təkcə Cəmil Həsənlinin məğlubiyyəti deyil. Bu məğlubiyyətdəki böyük pay Cəmil Həsənlinin deyil, onu qabağa verən qüvvələrindir. Seçkiqabağı hazırlıq işləri normal getsəydi, bu sahədə əhalinin rəğbətini qazana bilsəydilər, yəqin ki Cəmil Həsənli daha böyük faizlə səs toplayardı. Əvvəlcədən düzgün qurulmadı Milli Şura.
Rüstəm İbrahimbəyov problemi, Lalə Şövkət və Rəsul Quliyev ictimai rəyi sarsıdan bəyanatlar verdilər. Cəmil Həsənlinin bu gün prezidentliyə namizəd kimi məğlub olması o demək deyil ki, Milli Şurada təmsil olunan partiyalar, liderlər yaxalarını kənara çəkməlidirlər. Məğlubiyyətdə ən böyük pay məhz onlarındır”-deyə politoloq qeyd edib.
Vaxtilə Müsavat Partiyasının aparıcı funksionerlərindən olan Qabil Hüseynli liderləri istefa etməyə çağırıb:
“Müxalifətdə dəyişikliklər mütləq olacaq. Bəzi liderlərin dəyişikliyinə ehtiyac var. Müxalifət gəncləşməlidir”.