vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
19:26 | 24 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3041 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslar indi də «nüvə qatarı» düzəldirlər

«Barquzin» «Molodets»dən daha dəqiq və sürətlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, Rusiya özünün «nüvə qatarları» layihəsi üçün nəzərdə tutulmuş qitələrarası ballistik raketlərini uğurla sınaqdan keçirib.

«Barquzin» adlı «dəmiryolu raket sistemi» iki həftə bundan əvvəl Plesetsk kosmodromunda sınaqdan keçirilib.

Məqalədə deyilir ki, yeni sistemdə sərnişin qatarı kimi «maskalanmış» qatarlarda 6 ədəd Yars və Yars-M termonüvə ballistik raketləri və onların komanda pultları gizlədiləcək.

Yeni «nüvə qatarlarının» 2018 və 2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.

Rusiyanın strateji raket qoşunlarının komandanı general-leytenant Sergey Karakayev deyib ki, «Barquzin» zərbə məsafəsi və dəqiqliyinə görə Sovet zamanındakı «Molodets» qatarlarını üstələyəcək.

«The İndependent» yazır ki, Sovet İttifaqının ümumilikdə 12 «Molodets» qatarı vardı. Onlardan hər biri 3 ballistik raket daşıyırdı. NATO terminologiyasında «Scalpel» adı ilə tanınan bu «strateji qatarlar» 2003-2005-ci illər arasında ləğv olunmuşdu.

Bu arada Rusiya özünün təkmil nüvə silahlarını Polşa və Baltikyanı ilə həmsərhəd olan Kalininqrad vilayətində yerləşdirməyə başlayıb.

Rusiya bu ərazidə «S-400» sistemlərini və nüvə başlıqlı «İsgəndər» raketlərini yerləşdirməyi planlaşdırır.

Kreml bu barədə Qərbin tənqidlərini rədd edərək bildirir ki, strateji silahların Baltika regionunda yerləşdirilməsi NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinə adekvat cavabdır.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan etmişdi ki, «S-400» sistemlərinin və «İsgəndər»lərin Kalininqradda yerləşdirilməsi Avropanın təhlükəsizliyinə hədə yaradır.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya hərbiyyəsi «NATO-nun aqressiv hərəkətlərinə» reaksiya verməlidir.

«Bu alyans həqiqətən də aqressiv blokdur və Rusiya nə etməlidirsə, onu da edir» - deyib sözçü.

«The İndependent» yazır ki, Moskva həmçinin Yaponiya ilə mübahisəli Sakit okean adalarında yeni gəmi əleyhinə raketlərini yerləşdirib.

«Bal» və «Bastion» adlı raket sistemləri Rusiyada Cənubi Kuril, Yaponiyada isə Şimal Əraziləri adlandırılan adalarda quraşdırılıb.

Sovet İttifaqı və Yaponiya arasında İkinci Dünya Müharibəsinin qurtardığını təsdiqləyən saziş məhz bu adalara görə bu günədək imzalanmayıb.