vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
21:32 | 25 noyabr 2016 | Cümə Məqaləyə 2507 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbrizin bələdiyyə sədri sərt danışdı

«Dövlət Təbriz metrosu üçün bir rial belə ödəməyib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin Bələdiyyə başqanı şəhərin metro tikinti layihəsinin icrası və ona xərclənən vəsaitlə bağlı danışarkən dövlətin bu layihəyə ayırdığı büdcə vəsaitinə də işarə edib.

«Dövlət ötən illərdə Təbriz Metro Layihəsinin icrasına 700 milyard tümən vəsait ödəyib. Lakin cari ildə dövlət tərəfindən bu proje üçün bir rial belə ödənilməyib»- deyə Sadiq Nəcəfi mətbuata bildirib.

İmkanların məhdud olmasına rəğmən bu günə kimi layihənin icrasının dayanmadığını deyən Bələdiyyə başqanı projenin yüksək məbləğdə vəsait tələb etdiyini diqqətə çatdırıb. «Təkcə bir dayanacağın tikintisinə 60 milyard tüməndən çox vəsait tələb olunur, bu o deməkdir ki, dövlətin yardımı olmadan bu layihə heç bir şəkildə icra oluna bilməz»- deyə o vurğulayıb.

«Metro nəqliyyat vasitəsi olmaqdan başqa, həm də şəhərin görkəmində mühüm rol oynayır. Ona görə də, metro dayanacaqlarının tikilməsində memarlıq və dizayn işləri şəhər əhalisinin keçmişi və mədəniyyətinə uyğun bir şəkildə həyata keçirilməlidir» - deyə S.Nəcəfi əlavə edib.