vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
21:42 | 25 noyabr 2016 | Cümə Məqaləyə 3030 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölənlərin 35-i türkdür

44 nəfər həlak olub, 90-a yaxın yaralı var

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda baş verən 2 sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Bu barədə İranın Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kolivənd jurnalistlərə açıqlamasında məlumat verib.

Pirhüseyn Kolivənd bildirib ki, hadisədə ən azı 80 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib: «Hadisədə ölən 36 nəfərin meyitləri tamamilə yanıb. Bu isə onların kimliyini müəyyənləşdirmək işini çətinləşdirir. Yanmış vaqonlarda axtarışlar davam edir». 

Simnan ostandarı Məhəmmədrza Xəbbaz isə jurnalistlərə bildirib ki, qatarların toqquşması nəticəsində yaralananların sayı 96 nəfərdir: «Hadisə, Məşhəd-Simnan qatarının, texniki nasazlıq ucbatından hərəkətdən dayanan Təbriz-Məşhəd sərnişin qatarına çırpılması nəticəsində baş verib. Olayın səbəbləri araşdırılır».

Noyabrın 25-i sübh saatlarında İranın Simnan əyalətinin Şahrud şəhəri yaxınlığında, Simnan-Damğan yolunda yerləşən «Həftxan» dayanacağında iki sərnişin qatarı toqquşub. Simnan-Məşhəd və Təbriz-Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb, 2 vaqonda isə yanğın baş verib.