vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
19:24 | 28 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyada görünməyən biabırçılıq Azərbaycanda

İcra başçısı yerli komandanı alqışlamadığına görə, qonaq komandanı lojadan qovub

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi» futbol klubu Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində Gəncə şəhər stadionunda «Kəpəz»lə keçirdikləri oyun zamanı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda baş verənlər xoşagəlməz hal kimi dəyərləndirilib.

Qeyd edilib ki, ilk hissənin əvvəlində «Neftçi» rəsmiləri, eləcə də futbolçuları VİP lojadan kənarlaşdırılıblar.

Buna səbəb Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qonaq komanda nümayəndələrinin yerli komandanı alqışlaması barədə tələbi olub: «Təbii olaraq «Neftçi» nümayəndələri «Kəpəz» klubunu dəstəkləməkdən imtina ediblər. Belə olan halda, asayişi qorumalı olan polis əməkdaşlarına klubumuzun nümayəndələrini məcburi surətdə VİP-lojadan kənarlaşdırmaq göstərişi verilib. Bundan sonra «Neftçi» nümayəndələri VİP-lojanı tərk edərək, klub azarkeşləri üçün ayrılmış sektora yollanıblar. Müvafiq olaraq «Neftçi» rəhbərliyi də məlum vəziyyətdə eyni addımı atıb».

«Neftçi» 2016/17-ci il futbol mövsümündə Topaz Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini («Yarışların yeri» bəndi) rəhbər tutaraq bildirir ki, meydan sahibi klub bir sıra şərtləri təmin etməyə borcludur. Bunlara komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı, komandaların rəhbərləri və oyunçular üçün yerlər daxildir.

Eyni zamanda «Neftçi» klubu noyabrın 24-də «Kəpəz»ə məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəyib. Ertəsi gün alınan cavabda SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilib.

«Göründüyü kimi, Gəncədə yaşanmış olayda çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub. «Neftçi» klubu olaraq, gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik», - bəyanatda vurğulanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *