vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
12:45 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəmi 13 nəfər sağ qalıb

Braziliyalı futbolçuları aparan təyyarə qəzaya uğradı

MÖVZU İLƏ ƏLAQƏLİ

Göyərtəsində Braziliyanın «Şapekoense» futbol klubunun üzvləri olan təyyarənin Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğramasından ən azı on nəfər sağ qalıb.

TASS xəbər verir ki, bu barədə Kolumbiyanın xəbər portalı mioriente.com məlumat yayıb.

«Təyyarənin göyərtəsində olan ən azı on nəfərə yardım göstərilir. Qəza yerində sağ qalanların axtarışı davam edir», - qəza yerində işləyən yanğınsöndürənlər bölüyünün komandiri qeyd edib.

 

***

 

10:26

Kolumbiyada göyərtəsində 81 adam (72 sərnişin, 9 ekipaj üzvü) olan təyyarə qəzaya uğrayıb.

Virtualaz.org xarici KİV-nə istinadən bildirir ki, təyyarə Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Braziliyanın «Şapekoense» futbol klubunun üzvləri olub. Onlar Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər. İlkin məlumatlara görə, qəza nəticəsində təyyarədəkilərin hamısı ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.