vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
14:17 | 30 noyabr 2016 | Çərşənbə Məqaləyə 1547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İlham Əliyev tapşırıb ki,...»

«işıq və qazın bahalaşmasından əldə olunan pullar...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin artırılması (diferensiallaşdırılmış qaydada) barədə qərarı nəticəsində 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri üzrə daxilolmalar artacaq. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib. Nazir elektrik enerjisi və təbii qazın tariflərinin artırılması nəticəsində büdcəyə nə qədər əlavə gəlir daxil olacağını açıqlamayıb. Ancaq bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.

Virtualaz.org qeyd edir ki, ekspertlər son bahalaşma nəticəsində büdcəyə 300 milyon manatdan bir qədər artıq əlavə vəsaitin daxil olacağını proqnozlaşdırır. Gözlənilir ki, bu əlavə daxilolmalar hesabına pensiyalara, sosial ödənişlərə və büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqına 10 faizlik artım ediləcək.