vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QƏZA, FACİƏ  
15:29 | 30 noyabr 2016 | Çərşənbə Məqaləyə 630 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı metrosunun nəhs günü

Səhər intihara cəhd oldu, günorta qatarda nasazlıq yarandı...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Metropoliteni»nin «Azadlıq prospekti» stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb». Bu barədə «Trend»ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb: «30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər «Nəsimi» stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur».

N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.


***


Bakıda metroda bir nəfər intihara cəhd edib. Bu barədə «Trend»ə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stnasiyada qatarların hərəkəti bərpa edilir.

«Trend»in digər məlumatına görə, intihara cəhd edən şəxs Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: «Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırılması istiqamətində iş görülür».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *