vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
12:37 | 2 dekabr 2016 | Cümə Məqaləyə 2023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metropolitendə yeni kollektiv müqavilə imzalandı

Müəssisədə əmək münasibətlərinin tənzimlənməsinin yeni dövrü başlanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. İşəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur.

«Bakı Metropoliteni»ndə bağlanmış kollektiv müqavilənin müddəti başa çatdığı üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, yeni müqavilənin layihəsi hazırlanaraq, kollektivin və rəhbərliyin müzakirəsinə çıxarıldı.

Avqust ayında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin iclası yeni kollektiv müqavilənin layihəsinin hazırlanması ilə əlaqədar qərar verərək, işçi komissiya yaradaraq, onun tərkibinə nümayəndələrini seçmişdi. Qanunvericiliyə görə, qərar «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynova rəsmi məktubla göndərilərək, növbəti 10 gün müddətində işəgötürənin də təyin etdiyi nümayəndələrin iştirakı ilə bərabərsaylı komissiya (işçi qrupu) fəaliyyətə başlamışdı.

Metropoliten çox geniş sahə və profili əhatə etdiyi üçün müqavilənin hazırlanması üzərində gərgin iş aparılaraq, yekun layihə sənədi hazırlandı. Bu prosesə təcrübəli, səriştəli mütəxəssislər də cəlb olunaraq, qanunların tələbləri, yerli və beynəlxalq təcrübənin ən gözəl nümunələri araşdırılaraq, nəzərə alınıb.

Əmək məcəlləsinin tələblərinə uyğun olaraq layihə MİHİ-nin təşkilatçılığı ilə keçirilən və kollektivin bütün sahələrinin təmsil olunduğu ümumi yığıncağının – konfransın müzakirəsinə çıxarılaraq, səsvermənin yekdil qərarı ilə qəbul edildi.

Əmək Məcəlləsinin 30-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq layihə təsdiq edildikdən sonra imzalanaraq qüvvəyə minib.