vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
19:37 | 20 oktyabr 2013 | Bazar Məqaləyə 3610 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BTQ-nin tikintisində bədbəxt hadisə

Tunel hissədə çökən beton qəlibi işçilərin üzərinə tökülərək 1 nəfəri öldürüb, 2-sini yaralayıb

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Qars vilayətində Bakı-Tiflis-Qars dəmiryolunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qarsın Arpaçay rayonu Güverçin kəndində dəmiryolu tuneli inşası zamanı çökən beton qəlibi işçilər Bünyamin Arslantaş (23 yaş) və Gökhan Tunçsoyun (27 yaş) üstünə aşıb.

Onları xilas etməyə çalışan Mustafa Özen də (33 yaş) beton qəlibiniin altında qalıb. 30 dəqiqə davam edən xilasetmə işlərindən sonra Gökhan Tunçsoyla Mustafa Özen beton qəlibinin altından çıxarılaraq xəstəxanaya göndərilib. 
Adanadan olan Bünyamin Arslantaşın meyiti isə sıxılıb qaldığı yerdən çıxarılıb. Bünyamin Arslantaşla eyni tikintidə çalışan qardaşı Mehmet Aslantaş hadisədən əsəb sarsıntısı keçirib.