vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:18 | 18 oktyabr 2013 | Cümə Məqaləyə 2524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Araz”ın rəqibləri bəlli oldu

UEFA kubokunun elit-raundunun püşkü atılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə qitənin 16 ən güclü klubunun rəqibləri müəyyənləşib. Son illərin dəyişməz Azərbaycan çempionu “Araz”ın da növbəti 3 rəqibi məlum olub.

Təmsilçimiz D qrupunda yer alıb. Portuqaliyada baş tutacaq qrup oyunlarında Naxçıvan klubu yerli “Sportinq”, “Qyori” (Macarıstan) və “Eyndhoven” (Hollandiya) klubları ilə mübarizə aparacaq.
A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya)*, “Tırqu Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna) 
B qrupu: “Dinamo” (Rusiya), “Litija” (Sloveniya)*, “Slov-Matik” (Slovakiya), “Ekonomak” (Serbiya),
C qrupu: “Kayrat” (Qazaxıstan)*, “VitEn” (Belarus), “Tulpar” (Qazaxıstan), “Tanqo” (Bosniya və Hersoqovina)
D qrupu: “Sportinq” (Portuqaliya)*, “Araz” (Azərbaycan), “Qyori” (Macarıstan) və “Eyndhoven” (Hollandiya)
* - meydan sahibləri
Qeyd edək ki, noyabrın 19-24-də keçiriləcək elit-raundda qrup qalibi olan komandalar “Dördlər finalı”na vəsiqə qazanacaq.