vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
13:28 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar hara qalxır?

Avro 21 ay əvvəlki minimum səviyyəyə enib

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da açıqlanan müsbət statistik göstəricilər və Federal Ehtiyat Sistemi (Federal Reserve System - FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimalının yüksək olması dolların avro və Yaponiya yeninə qarşı bahalaşmasına səbəb olub.

Bu barədə «Wall Street Journal» yazır.

Dolların əsas valyutalara qarşı dinamikasını özünə əks etdirən «WSJ Dollar» indeksi 0,15 faiz möhkəmlənib.

Bugünkü ticarət sessiyasının açılışında avro 1,0746 dollara enib. Belə ki, Avrozonanın vahid valyutasının məzənnəsi ötən sessiyanı 1,0764 dollarla başa vurub.

Bundan başqa, dollar 113,85 yendən 114,1 yenədək bahalaşa bilib.

Xatırladaq ki, ötən gün avro 21 aylıq minimum səviyyəyə, yəni 1,0506 dollara enib.