vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
13:35 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Son 2 ildəki vəziyyət narahatlıq doğurur»

Deputatdan maaş və pensiya açıqlaması

MÖVZU İLƏ ƏLAQƏLİ

«İqtisadi fəallığı təmin etmək üçün pul kütləsini artırmalıyıq. 2017-ci il dövlət büdcəsində heç bir sosial layihə ixtisar olunmayıb». Bunu 2017-ci ilin dövlət büdcəsi barədə çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, investisiyalar üçün kifayət qədər vəsait ayrılmalıdır:

«Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. 2017-2018-ci illərdə bir dənə də olsun təmirsiz məktəb qalmayacaq. Təmirsiz məktəblərin hamısı tamamilə sökülüb yerində yenisi tikiləcək. Son illərdə təhsildə islahatların səmərəliliyin yüksəlməsi istiqamətində işlər təsdiqləyir ki, dövlət büdcəsində təhsil, səhiyyə üçün kifayət qədər vəsait nəzərdə tutulub». 

Z.Səmədzadə qeyd edib ki, buna baxmayaraq, müəyyən qədər yoxsulluq və işsizlik problemi var: 

«Bunun azaldılması istiqamətində işlər görülür. Pensiyalar, əmək haqqı artırılacaq. Bunun üçün iqtisadi fəallıq olmalıdır. İqtisadi fəallığın azaldılmasını nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir». 

Komitə sədri daha sonra bank sektorunda olan problemlərdən danışıb:

 «Ölkəyə indiyədək 200 milyard manatdan çox investisiya gəlib. Son 2 ildəki vəziyyət narahatlıq doğurur. 700 milyon manatdan çox kredit verilib ki, bu da Ümumi Daxili Məhsulun cəmi 1 faizini təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallığı təmin edək. Maliyyə Sabitliyi Şurası problemlərin qaldırılmasına imkan verəcək. Maliyyə bazarı ilə real sektor arasında optimal nisbətin olmasına nail olmalıyıq. Bankların real sektora dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fondu nümunə ola bilər». 

Z.Səmədzadə vurğulayıb ki, yaxın gələcəkdə metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur: «Bütövlükdə sənaye strukturu tamamilə dəyişir. Yüngül sənayenin xüsusi çəkisi hazırda cəmi 3 faizdir. Bu müəssisələr sürətlə tikilməlidir ki, normal sənaye strukturuna malik olaq. Bu layihələr hesabına dövlət büdcəsinin maliyyə əsasları möhkəmlənəcək». (azvision.az)