vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
18:11 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əlvida, avro!

Avropa vahid valyutadan imtinaya doğru...

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyadakı son referendumdan sonra avronun məzənnəsi sürətlə enməyə başlayıb. Bu, son 18 ayda ən kəskin eniş hesab olunur. Səsverməyə gedən seçicilərin 59,11 faizi ölkənin baş naziri Matteo Rentsinin irəli sürdüyü təşəbbüsləri rədd edib. Artıq Rentsi istefa verib postundan getməyə hazırlaşır.

İtaliya hökumət başçısının gedişi son vaxtlar dünyanın dörd bir yanından səsləri eşidilən avroskeptiklərə qapı açmış olur. Üstəlik Avropanın vahid valyutası hesab olunan avronun taleyi ilə bağlı çoxlu suallar yaradır.

İtalyanlar baş nazir Rentsinin dövlət quruluşunun dəyişməsinə dair təkliflərinə «yox» dedilər. Rentsinin özünün dediyinə görə, bu təşəbbüs (parlamentin rolunun məhdudlaşdırılması) il ərzində yarım milyard avro qənaət etməyə imkan verəcək, həmçinin qanunların qəbulu prosesini sürətləndirəcəkdi.

Hələ sentyabr ayında baş nazir stabillik haqda qanun qəbul etməyi təklif etmişdi. Sənəd pensiya yaşının aşağı salınmasını da nəzərdə tuturdu.

 

Ağ atlı şahzadə

 

Rentsi söz vermişdi ki, İtaliya hökuməti qarşıdakı 3 ildə pensiyaların artması üçün 6 milyard avro ayıracaq.

Bu təşəbbüslərlə «ağ atlı şahzadə» kimi görünən baş nazir həm sosial əhəmiyyətli qanunların qəbuluna, həm də məmurların xərclərini azaltmaqla büdcə vəsaitlərinə qənaətə vəd verirdi.

Lakin bütün bu vədlər seçiciləri şirnikləndirə bilmədi və səsverməyə gələnlərin təxminən 60 faizi konstitusiya islahatlarının əleyhinə çıxdı. Siyasi taleyini referendumun nəticələri ilə bağlayan baş nazir isə vəzifədən getməyə qərar verdi.

Rentsinin gedişi həm də ölkənin Avropa Birliyindən çıxmasına tərəfdar olan müxalif partiyaların yolunu açmış olacaq. Onların arasında «5 ulduz hərəkatı» və «Şimal liqası» da var.

Bu partiyalar artan sosial problemlər və Afrikadan  onminlərlə miqrantın gəlməsi fonunda narazı elektoratı tərəflərinə çəkə biliblər. Hətta bu gedişlə ölkədə «Əlvida, avro!» adı altında növbəti referundumun keçirilməsi də istisna olunmur. 

 

««Brexit» dalğası» güclənir

 

Ekspertlər hesab edir ki, İtaliyadakı referendumun nəticələrinə sıradan hadisə kimi baxmaq olmaz.

Belə ki, inkişaf etmiş ölkələrin əksəriyyətində son 15 ildə həyat səviyyəsinin yüksəlməsi müşahidə edilmir. Bu, Qərbi Avropa qədər ABŞ-a da aiddir. Artan narazılıq isə insanların gözlənilməz qərarlar verməsi ilə nəticələnir. Məsələn, Britaniyadakı «Brexit» (Britaniyanın Avropa Birliyindən çıxması). Yaxud ABŞ-da Donald Trampın prezident seçilməsi.

Diqqətçəkən məqam odur ki, ayrı-ayrı ölkələrin vətəndaşları öz narazılıqlarını açıq şəkildə, konkret addımlarla ifadə edirlər.

Ekspertlərin fikrincə, böyük ehtimalla Fransada da hakimiyyət dəyişikliyi olacaq. Almaniyaya gəlincə, orada da hazırkı kansler Angela Merkelin partiyasının gələcəyi böyük sual altındadır:

«İtaliyadakı seçkilər mərkəzdən qaçan qüvvələrin qələbəsi ilə nəticələnən növbəti məğlubiyyət idi. Lakin hələ ki qırılma nöqtəsi deyil. İtaliyaya iqtisadi yardımın növbəti tranşı ayrılarsa, avroskeptiklərin işi çətin olacaq».

 

Almaniya «pul kisəsi» rolunda…

 

Ekspertlər onu da deyirlər ki, avrozonanın perspektivi üçün həlledici amil Almaniyadakı seçkilərdir:

«Məhz bu ölkə «pul kisəsi» rolunu oynayır. Avropa Birliyi ölkələrində problemlər yarananda Berlin onları maliyyə yardımı ilə hamarlayır. Bu, Yunanıstan nümunəsində də belə olmuşdu. Əgər mərkəzdənqaçma prosesi idarəolunan olsaydı, ayrı iqtisadiyyat, valyuta bazarı kimi bir çox təlatümlərdən yayınmaq olardı. Avropa Birliyi çox rahat şəkildə zəif iqtisadiyyatı olan və Avropaya zəif inteqrasiya edən ölkələri (Portuqaliya, İtaliya, Yunanıstan, İspaniya) qurumdan çıxarılmasına təşəbbüs göstərə bilər. Lakin hələ ki Avropa elitası buna hazır deyil. Bu isə Fransa və Almaniyada hakimiyyətə avroskeptiklərin gəlmə ehtimalını artırır».

Analitiklərin fikrincə, gələn il dünya avro və dolların məzənnəsi ilə bağlı tarixi olaylara şahidlik edə bilər. Belə ki, hər iki valyuta təxminən eyni dəyərdə ola bilər… (Strateq.az)