vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
18:42 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi sirlər oğurlanıb

Şimalidan cənuba gözlənilməz həmlə

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreyanın hərbi kiber komandanlığı Şimali Koreya tərəfindən müdaxilə edildiyi deyilən haker hücumlarına qarşı müdafiə quracaq, Ordu bildirib.

Hərbiyyənin sözçüsü BBC-ə deyib ki, təsnif edilmiş məlumatların oğurlandığına dair şübhələr var. Lakin o, müdaxiləyə məruz qalan konkret məlumatın adını çəkməyib.

Şimali Koreya bundan əvvəl də banklara və media qurumlarına kiber hücumlarda ittiham olunub, amma heç vaxt hərbiyyənin adı çəkilməyib.

Pxenyan ona qarşı bütün kiber hücumlar barədə ittihamları rədd edib.

«Kiber komandanlığın intranet serverində sistemi pozacaq proqram yükləndiyi görünür. Biz məxfi məlumatlar da daxil olmaqla, bəzi hərbi sənədlərin «hack» olunduğunu aşkarlamışıq», sözçü Yonhap agentliyinə deyib.

Az əhəmiyyətli və ya müharibə planları kimi mühüm sənədlərə hücum olunduğu bəlli deyil.

Ordu hücumdan sonra şəbəkəsinin təhlükədə olan hissəsinin təcrid edildiyini bildirib.

Şimali Koreyanın kiber müharibə üçün minlərlə işçisinin olduğu güman edilir.