vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
12:06 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 2768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin tapşırığına «Qaçqınkom»un vetosu

Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar

MÖVZU İLƏ ƏLAQƏLİ

İşğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi («Qaçqınkom») tərəfindən geri alınıb. Bu haqda modern.az-a Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O deyib ki, Həsənin ailəsinə ev «Qaçqınkom»un sədri Əli Həsənov tərəfindən verilmişdi:

«Evi Həsənin ailəsinə Müşviqabad qəsəbəsində salınmış yeni şəhərcikdən vermişdilər. Dilqəm və Şahbazın ailəsi ilə bir qonşuluqda. Hətta evin orderinə kimi təqdim etmişdilər. Biz cənab Əli Həsənovun dəfələrlə mətbuatda həmin ailələrin öz istəklərinə uyğun yerdən evlə təmin olunacaqları barədə sözlərini əsas tutaraq, həmin mənzilin Mehdiabaddakı şəhərciyə dəyişdirilməsini xahiş etdik. Çünki Həsənin 2 qızı və yoldaşı orada tək yaşaya bilməzdilər. Mehdiabadda yaxınlarımız, qohumlarımız var. Təəssüf ki, «Qaçqınkom» Həsənin ailəsini nəinki evlə təmin etdi, hətta onun ailəsinə Müşviqabad qəsəbəsindən verilmiş mənzilin başqasına verildiyini söylədilər».

Komitədən mənzilin boş qalmasını əsas gətirərək, başqa birinə verildiyi açıqlanıb:

«Biz dəfələrlə müraciət etsək də, heç olmasa Müşviqabad qəsəbəsindəki evi götürmək istədiyimizi söyləsək də, heç nə alınmır. Sadəcə olaraq bizə deyilir ki, gözləyin. Nəyi gözləyək, kimi gözləyək - bilmirik.

«Qaçqınkom»dan deyirlər ki, «biz gördük ki, ev 4-5 aydır boş qalıb, köçən yoxdur, onu başqasına verdik». Cənab Əli Həsənov dəfələrlə mətbuatdakı çıxışlarında deyib ki, həmin şəxslərin ailələrinin öz istəklərinə uyğun yerdən evlə təmin olunmasını şəxsən prezidentimiz İlham Əliyev tapşırıb. Bəs niyə həmin ailələr öz istəklərinə uyğun yerdən mənzillə təmin olunmadılar?»

Xatırladaq ki, 2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq. Amma bu qərarın Dağlıq Qarabağda girov düşən və orada ölən şəxslərin ailələrinə şamil edildiyi qeyd olunmadı.

Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Cəbrayıl sakini Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində «məhkəmə» qurulub. «Məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.