vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
12:58 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 3135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pambıq yığımı başa çatdı

Dollar gələcəkmi...?

MÖVZU İLƏ ƏLAQƏLİ

Statistikaya görə noyabrın 25-nə qədər Azərbaycanda 82 min tondan çox pambıq toplanıb. Bu, bir il öncəkindən 2.5 dəfə çoxdur. Məlum olduğu kimi pambıqçılığın inkişafı ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması strategiyasının istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan pambıqçılığın şöhrətini yenidən özünə qaytarıb bu bitki hesabına əlavə valyuta qazanmağı, eyni zamanda pambıqçılıq rayonlarında məşğulluq problemini həll etməyi planlaşdırır.

Bəs ölkədə istehsal olunan pambıq dünya bazarına hansı formada çıxarılacaq?

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov «Azadlıq» radiosuna deyir ki, hazırda pambıq sahələrində yığım davam edir və onlar pambığı xammal şəklində yox, daha çox məhsul şəklində satmaq istəyirlər: «Əsas məqsədimiz odur ki, pambıq təkcə mahlıc kimi satışa çıxmasın, həm də mahlıcdan iplik, iplikdən də parça toxunsun. Dəyər zəncirini artırıb son məhsula qədər çatdırmaq əsas hədəfimizdir».

İmran Cümşüdov deyir, ola bilsin, bir hissəsi elə mahlıc kimi satılacaq, ancaq xammalın daha çox ölkədə dəyər qazanmasını istəyirlər.

Azərbaycan istehsal olunan pambığı son məhsula çevirə biləcəkmi?

Statistika Komitəsinin məlumatına görə, emal sənayesi bütün sənayenin 24 faizini, toxuculuq isə emal sənayesinin ötən il 0.1 faizini, geyim istehsalı 0.2 faizini təşkil edib. Bu sektorun emal sənayesində payı əvvəlki illərdə də cüzi olub. Geyim istehsal edən müəssisələrin sayı 2010-cu illə müqayisədə təxminən 48 faiz azalaraq 50-yə düşüb.

Azərbaycanda 2015-ci ildə pambıq emal müəssisələri satış üçün 6.6 min ton mahlıc istehsal ediblər. Bu, 2014-cü illə müqayisədə iki dəfə azdır. Rəsmi statistikaya görə, pambıq yataq ağlarının istehsalı 2014-cü ildə pik həddə çatıb, amma sonrakı il iki dəfə azalaraq, 227 minə düşüb. İplik istehsalı da 2014-cü illə müqayisədə az olub, 11 min tondan 9 minə düşüb.

Ancaq pambıq parça toxunuşu iki il öncəylə müqayisədə 11 dəfədən çox artaraq, 9.6 milyon kvadratmetr olub. Pambıq yağı istehsalı 2015-ci ildə əvvəlki ilə nisbətən cüzi artaraq, 1.8 min tona çatıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycan gömrüyündə tonu 1055 ABŞ dollarına rəsmiləşdirilməklə 3 min 300 ton mahlıc ixrac edilib.

Bundan əlavə, emal müəssisələri 5.8 milyon kvadratmetr pambıq parça ixrac edərək, 9.8 milyon dollar gəlir götürüblər. Doqquz ayda parça satışından gəlirin 11.8 faiz artdığı göstərilir.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İmran Cümşüdov deyir ki, mahlıcı, ipliyi dünya bazarına çıxara biləcəklər, Azərbaycanda artıq müasir tələblərə cavab verən müəssisələr var və onların məhsulları xarici bazarda rəqabətədavamlı ola bilər. Tekstil məhsulları isə ölkədə daxili tələbatın ödənməsinə yönələcək: “Sumqayıtda toxuculuq fabriki var, indi Mingəçevirdə yenisi qurulacaq. Dünyada rəqabətə girməsə də, daxili tələbatı ödəyirik, məhsulların digər ölkələrə ixracına imkan yaranır. Getdikcə də məhsullarımızın təbliğatı, keyfiyyəti ilə bağlı uyğun qurumlar müəyyən tədbirlər gerçəkləşdirəcək”.

Pambıq emalı ilə məşğul olan müəssisələrdən birinin adının çəkilməsini istəməyən əməkdaşı isə deyir ki, onlar artıq neçə ildir pambıqdan mahlıc, çiyidindən isə bir neçə adda məhsul alırlar:  “Mahlıcı yerli əyirici şirkətlər alıb iplik toxuyurlar, sonra da başqa müəssisələrə satırlar. Biz bir də pambıq çiyidindən bir neçə adda məhsul alırıq. Pambıq yağı, ulyuk, tiftik, çiyid cecəsi istehsal edirik. Həm daxili, həm də xarici bazarda satırıq. Xaricdə əsas tərəfdaşlarımız Rusiya, Türkiyədir”.

MMC əməkdaşı deyir ki, adətən, Azərbaycan pambığının yarısı daha keyfiyyətli, yüksək sort sayılır. O əlavə edir ki, bu il havaların yağmurlu keçməsi pambığın keyfiyyətinə təsir edəcək.