vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
14:57 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əlimizdəki pulu dəyişə bilmirik»

Deputat şikayətləndi: «Ölkədə «qara bazar» tüğyan edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxış edən deputat Elmira Axundova «Azəristiliktəchizat» ASC-nin fəaliyyətindən narazılıq edib.

AzVision.az xəbər verir ki, deputat bəzi məktəblərdə istilik sisteminin işləmədiyini deyib: «Azərbaycanda məktəblər inşa olunur və istilik sistemi qurulur. Amma bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuqda dərs öyrənməli olur. Bu problem öz həllini tapmalıdır». 

Xanım deputat valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasını təklif edib. 

«Bu gün ölkədə «qara bazar» tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq «qara bazar»da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı. Valyutadəyişmə məntəqələrinin ləğvi turizm sektoruna da öz mənfi təsirini göstərir. Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir».