vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
14:34 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mümkün 60 baldan hamısı

Kürdəmirli müəllim diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçirilir. Kürdəmir rayonundan coğrafiya müəlliməsi Xəyalə Veyisova maksimum 60 bal toplayaraq ən yüksək nəticə göstərib.

Qeyd edək ki, Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verir.

Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılıblar.