vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
KİNO-TEATR  
15:26 | 11 dekabr 2016 | Bazar Məqaləyə 4006 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azdrama»da daha bir mübahisə

Sərəncamçı direktor işdən çıxarıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının («AzDrama») sərəncamçı direktoru Natiq Gülməmmədov tutduğu vəzifədən azad edilib. Teatrdan Modern.az saytına daxil olan məlumatda deyilir ki, Natiq Gülməmmədovun işdən çıxarılmasına səbəb son vaxtlar onun «Azdrama»nın bədii rəhbəri və direktoru Azərpaşa Nemətlə yola gedə bilməməsi olub. Belə ki, tərəflər arasında dəfələrlə ciddi mübahisənin baş verdiyi, məsələnin hətta Mədəniyyət və Turizm Nazirliyinədək gedib çıxdığı bildirilir.

Amma «Azdrama»dan yola salınan Natiq Gülməmmədov işsiz də qalmayıb. Modern.az-ın əldə etdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə o, Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Natiq Gülməmmədov 2016-cı  ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdu.

O, 2010-2015-cı illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsində çalışmışdı. Beləliklə də «Azdrama»dan çıxarılan N.Gülməmmədov Kukla Teatrındakı əvvəli vəzifəsinə qaytarılıb.