vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BANK, BİRJA, SIĞORTA  
19:50 | 11 dekabr 2016 | Bazar Məqaləyə 1875 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kredit hansı halda batır?

«Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, hər bir halda vətəndaşını qorusun»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni ildən qüvvəyə minəcək «Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib.

Bu, banka borcunu ödəyə bilməyənlər üçün bu, çox yaxşı xəbərdir. 

İqtisadçı Əkrəm Həsənov hesab edir ki, məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər.

«Məsələn, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əməkhaqqı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır. Əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artarsa, durum dəyişəcək».

İqtisadçı bildirir ki, vətəndaşdan yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edilməldir: «Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, hər bir halda vətəndaşını qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin».