vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
11:25 | 11 dekabr 2016 | Bazar Məqaləyə 3023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təcrübə baş tutsa…

…Azərbaycan kartofla özünü tam təmin edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda sağlam kartof toxumçuluğu qurulması istiqamətində atılan addımlar uğurla nəticələnərsə, bu bitkiyə tələbat yaxın 2 ilə yerli istehsal hesabına ödəniləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Hazırda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ-də) kartof toxumçuluğu laboratoriyasının yaradılması üçün görülən işlər yekunlaşmaqdadır. Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov «Azadlıq» radiosuna verib. O, avadanlığın son texnoloji yeniliklərə əsaslandığını deyib.

«Məqsəd – hüceyrə səviyyəsində virussuz kartof toxumları yetişdirməyə nail olmaqdır. Bu məqsədə yetişsək, xaricdən toxum alıb gətirməyə ehtiyac qalmayacaq. Üstəlik, yüksək məhsuldar kartof toxumlarından istifadə etməklə, 950 min tona çatan illik tələbat tam ödəniləcək» - İmran Cümşüdov deyib.

Kartof toxumçuluğu, əsasən, Tərəvəzçilik ETİ-nin Tovuz və Gədəbəy rayonlarındakı zona təcrübə stansiyalarında gəlişdiriləcək. Həmin stansiyalarda yetişdiriləcək toxumlar artırılmaqdan ötrü özəl toxumçuluq təsərrüfatlarına satılacaq.

Bu il ölkədə 880 min ton kartof yetişdirilib. Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, hər hektarın orta məhsuldarlığı 14 tondur. Kənd Təsərrüfatı Nazirliyində düşünürlər ki, gələcəkdə bu göstəricini, bölgədən və sortdan asılı olaraq, 30-40 tonadək çatdırmaq 2016-cı ildə əkin üçün tələb olunan kartof toxumunun bir hissəsi (2 min 757,3 ton) xaricdən gətirilib. Fermerlər, əsasən, Rusiya sortlarına üstünlük verirlər. Elə ərzaqlıq kartofun da əsas hissəsi (59 min ton) bu ölkənin payına düşür.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 9 ayında Azərbaycana Rusiya, İran, Pakistan, Türkiyə və başqa ölkələrdən 110 min ton - əvvəlki ildəkindən 29,2 min ton və ya 36 faiz çox təzə kartof gətirilib. İdxalın toplam həcmi 19,8 milyon ABŞ dolları dəyərindədir. Gömrük sistemindəki son şəffaflaşma bir ton kartofun sərhəddə 180,4 dollara və ya əvvəlkindən 8 dəfə baha rəsmiləşdirməyə yol açıb.